Azərbaycan Memarlıq və İnşaat Universitetində yeni fakültə açılır
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni Dizayn fakültəsi fəaliyyətə başlayacaq.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bundan sonra dizayn Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək.
Rektor Gülçöhrə Məmmədova dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyi ilə bağlı keçirilən Dizayn Sərgisində bildirib ki, yeni fakültənin yaradılması bu ixtisas üzrə keyfiyyətli kadr sayının daha da artırılması zərurətindən yaranıb:
"Azərbaycanda bu ixtisas ilk dəfə bizim universitetdə 1994-cü ildə mühit dizaynı ixtisası olaraq yaradılıb. Daha sonra 1998-ci ildə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası yaradıldı və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi. 1998-ci ildə mühit dizaynı ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı. Universitetdə dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlar başladılıb, beynəlxalq əməkdaşlıqlar qurulub. Yeni fakültənin yaradılması, dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması məhz bu çağırışa adekvat cavabdır. Dizayn ixtisasına tələbat getdikcə artacaq, heç bir süni intellekt onu əvəz edə bilməyəcək".
O qeyd edib ki, ölkədə dizayn ixtisasının inkişafında 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan "Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu"na əsasən, universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması olub:
"Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti olub".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb