Şavkat Mirziyoyev: "Azərbaycan regionda yeni siyasi reallıq yaradıb"
"Bu gün Özbəkistan Azərbaycanla birgə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Təhlillər göstərir ki, region dövlətləri arasındakı ticarət dövriyyəsinin həcmi 52 milyard dollardır. Qarşılıqlı sərmayə yatırımı və tranzit əməkdaşlıq sahəsində 2030-cu ilə qədər bu rəqəm 100 milyard dollara çata bilər".
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıda Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşüşündə çıxışında deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilər azad edilib və tarixi ədalət bərpa olunub.
"Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Əminəm ki, bu quruculuq işləri regional əməkdaşlıq üçün daha geniş imkanlar açacaq", - deyə Özbəkistan prezidenti bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1250 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr