Məşhur seysmoloqdan qorxudan açıqlama - Bu rayonda 8 ballıq zəlzələ olacaq
Türkiyəli seysmoloq, professor Naci Görür İstanbulun Silivri rayonu ilə bağlı ciddi xəbərdarlıq edib.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, İstanbul Rumeli Universitetində keçirilən simpoziumda zəlzələlərin reallığı və edilməsi lazım olanlarla bağlı sərt açıqlamalar verib.
Görür çıxışında bildirib ki, İstanbulun Silivri rayonunda 8 bal gücündə zəlzələ gözlənilir:
"Türkiyənin demək olar ki, hər yerində zəlzələlər olacaq. Burada bildiyimiz, öyrəşdiyimiz 3, 5 bal gücündə olan yeraltı təkanları nəzərə almıram. Ona görə də bu ölkədə hər hansı gecə yuxudan oyanıb eşidirsən ki, haradasa böyük zəlzələ olub, minlərlə ev uçub, insanlarımız ölüb. Bu reallıqdır. Həll yolu çox sadədir.
Yeganə çıxış yolu zəlzələyə davamlı yaşayış massivlərinin yaradılması və ölkəmizdəki bütün yaşayış məntəqələrinin zəlzələyə davamlı olmasını təmin etməkdir. Bu qeyri-mümkün görünür, amma mümkündür.
Məsələn, Kaliforniya, Yaponiya, Meksika, hətta Braziliya, Argentina, İtaliya və Çin. Bütün bu yerlərdə, xüsusən də İndoneziya və onun ətraflarında zəlzələyə davamlı şəhərlər yaradılıb. Bu ölkələrdə Türkiyədə, xüsusilə Yaponiyada baş verən zəlzələlərdən daha şiddətli zəlzələlər olsa da, 35 nəfər ya ölür, ya da ölmür".
N.Görür zəlzələnin şiddəti ilə ölçüsü arasındakı fərqin hələ də çox insana məlum olmamasından da söz açıb:
"Hər zaman zəlzələnin böyüklüyünü şiddəti ilə qarışdırırlar. Zəlzələnin böyüklüyü zəlzələ zamanı ayrılan enerji ilə ifadə edilir. Məsələn, son 7,7 bal gücündə zəlzələ 5 milyon ton trotil yəni partlayıcı maddələrin eyni vaxtda baş verən partlayışına bərabər enerji buraxdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1495 Tarix: 30 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr