"Qarabağın inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq Milli Prioritetlərimizin vacib elementlərindən biridir"-ŞƏRH

"Qarabağın inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq Milli Prioritetlərimizin vacib elementlərindən biridir"-ŞƏRH"Möhtərəm Prezidentin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Univerisitetinin yaradılması Ermənistanın 30 il davam etmiş işğal və təcavüzdə ehtiva olunan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin ardınca bölgədə müasir təhsil və innovasiyaları təşviq edən münbit şəraitin formalaşdırılması baxımdan mühüm tarixi hadisədir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Cənab İlham Əliyev 30 il cinayətkarlıq yuvası olmuş böyük bir ərazidə dünyada artan rəqabətə hazır olan, rəqabətli insan kapitalını formalaşdırmağa yönəli həlledici gedişi ilə həm də bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərmiş oldu.
Bildiyimiz kimi, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair" Milli Prioritetlər müəyyənləşdirilərkən cənab İlham Əliyev azad edilmiş ərazilərə əhalinin qayıdışının təmin olunmasını ölkənin yeni inkişaf magistralının ideoloji nüvəsi kimi müəyyən edib. Keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı və dayanıqlı məskunlaşması həm də böyük Zəfərimizin əbədiləşdirilməsi üçün də başlıca şərtdir. Bu məqsədlə isə həmin ərazilər dayanıqlı məskunlaşma üçün təhlükəsiz və abad zonaya çevrilməli, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

"Regionların, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq Milli Prioritetlərimizin vacib elementlərindən biridir. Bu isə öz növbəsində işğaldan azad olunmuş ərazilərimizdə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraiti ilə bərabər, zəruri olan bütün iqtisadi və sosial infrastrukturun yaradılması, regionlarda da insan kapitalının müasirləşdirilməsi, inkişaf üçün yalnız iqtisadi artımda deyil, həm də cəmiyyətin bütün üzvlərinin sosial rifahına fokuslanılmasında ehtiva olunur. Təsadüfi deyil ki, möhtərəm Prezident işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələblərini regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurəti ilə əsaslandıraraq "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Müvafiq Sərəncamda da ifadə olunduğu kimi, ali təhsil müəssisəsinin təsis olunması regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasına xidmət edəcək ki, bu da Qarabağ və Şərqi Zəngəzur sakinlərinin məhz təhsil vasitəsilə ölkədə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasında xüsusi rol almalarına səbəb olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 714   Tarix: 30 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr