Pediatr qızılcadan qorunmağın yollarını açıqlayıb - FOTO

Pediatr qızılcadan qorunmağın yollarını açıqlayıb - FOTO"Qızılca xəstəliyinə ciddi yanaşılmalıdır".

Sonxeber.az xəbər verir ki, bunu report-a açıqlamasında pediatr Günay Rəsulova deyib.

Son günlər ölkədə qızılcaya yoluxma sayında artımla bağlı danışan pediatr qeyd edib ki, qızılca daha çox uşaqlar arasında görünən infeksion xəstəlikdir. Bu xəstəliyə yoluxan və onu ağır keçirən uşaqların, demək olar ki, hamısı sırf bu xəstəliyə görə peyvənddən kənarda qalanlardır.

"İmmuniteti güclü olan uşaqlar bu xəstəliyə qalib gələ bilir. Əks halda, xroniki xəstəliyi, allergik problemləri olan və hər hansı bir immundefisit problemi yaşayan, anadangəlmə ürək qüsuru, böyrək xəstəliyindən əziyyət çəkən uşaqlar bu xəstəliklərə görə yüksək riskli uşaqlardır. Qızılca elə bir infeksion xəstəlikdir ki, bu xəstəliyə yoluxub sağalsa belə, illər sonra həmin xəstəliyi keçirmiş uşaqda ağır nevroloji xəstəlik yarana bilər. Odur ki, bu xəstəliyə ciddi yanaşılmalıdır və tək yolu peyvənddir", - pediatr bildirib.

Onun sözlərinə görə, bu xəstəliyə yoluxma hallarında ağır pnevmoniya yarana bilir: "Bəzən ailələr deyirlər ki, Həkimlər xəstəni sağalda bilmədi. Halbuki tibb dünyası bu xəstəliyi sağalda bilmir. Biz bu xəstəliyə yoluxan şəxsləri itirə bilərik. Qızılcaya yoluxan şəxslərdə ağırlaşmalar zamanı ciyərlərdə pnevmoniya yaranır, otit, beyin toxumasının zədələnməsi ilə uşaq tələf ola bilir. Odur ki, hələ gec deyil. Nə qədər ki, bu xəstəlik ölkəmizdə yayılmayıbsa, peyvənddən kənarda qalan uşaqlar varsa, valideynlər aparıb dövlət poliklinikalarında uşaqlarına peyvənd vurdursunlar".
Pediatr qızılcadan qorunmağın yollarını açıqlayıb - FOTOHəkim əlavə edib ki, qızılcanın müalicəsi yoxdur. Peyvənd ən önəmli çıxış yoludur: "Peyvəndləmə Səhiyyə Nazirliyi tərəfindən 2022-ci ildə yenilənmiş peyvənd təqvimi ilə aparılır. Adətən peyvənd təqvimi 12 aydır, amma epidemiya və ya təmas olan vaxtı riskli period varsa, 9-12 ay arası da uşağa peyvənd vurula bilər. Daha erkən peyvənd vurma zərurəti yaranıbsa belə, mütləq 1 yaşda ikinci doza vurulmalıdır. İkinci doza isə adətən 4-6 yaş arası olur. Qızılca peyvəndi ikinci doz vurulduqdan sonra yüksək qoruculuğa malik olur. Əgər uşağa qızılcaya qarşı bir doza peyvənd vurulubsa, ikinci doza da vurulmalıdır. Bundan başqa, məktəbdə və ya sinifdə bir uşaqda qızılca xəstəliyi varsa, digər sinif yoldaşları əgər peyvəndsizdirsə, yaxın üç gün ərzində mütləq peyvənd olunmalıdır. Bu zaman ətrafdakılar xəstəliyə yoluxsa belə, onlar bunu yüngül keçirəcəklər. Qızılca xəstəliyinin müalicəsində sadəcə yüksək miqdarda vitamin A-dan istifadə edilir. Təəssüflər olsun ki, bu xəstəliyin xüsusi bir müalicəsi yoxdur".

Pediatr bu xəstəlikdən qorunmağın yollarını peyvənddən əlavə, gigiyenik qaydalara riayət etməkdə görür: "Qapalı və insanların sıx olduğu yerlərə mümkün qədər uşaqlar aparılmasın. Valideynlər mütləq bağçaya, məktəbə gedən uşaqların peyvənd təqviminin tam olub-olmamasını yoxlasınlar. Uşağın sağlam qidalanması, immuniteti düşürən zərərli qida alışqanlıqları varsa, tərgidilməlidir. Uşağın günlük qidalanma rejiminə fikir verilməli, giyiyenik qaydalar aşılanmalıdır".

Böyüklərin qızılcaya yoluxmasına gəlincə, G.Rəsulova qeyd edib ki, onlar da uşaqlar kimi bu xəstəliyin eyni simptomlarını daşıyır: "Ağırlaşmalar pnevmoniya və insafalitlə ola bilər. Yaşlı şəxslər, immun sistemi zəif olan insanlar bu xəstəliyə yoluxarsa, onlar bunu daha ağır keçirə bilərlər. Böyüklərdə peyvəndin effektivliyi ketdikcə azaldığına görə xəstəlikdən qorunmaq üçün təkrar peyvənd olunmanın faydası var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1277   Tarix: 01 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr