Fermerlərə dəstəklə bağlı tədbir keçirilib

Fermerlərə dəstəklə bağlı tədbir keçirilib"Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı" mövzusunda tədbirdə kənd təsərrüfatının inkişafı, bu sahədə hədəflər, dövlət dəstəyi tədbirləri, özəl sektorun fermerlərlə əməkdaşlığı, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, bazarlara çıxış məsələri müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə "Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı" mövzusunda tədbir keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, 150 fermer, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin və maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov, Şirkətlər Qrupunun icraçı direktoru Burak Dəniz müvafiq olaraq kənd təsərrüfatının inkişafı, bu sahədə hədəflər, dövlət dəstəyi tədbirləri və güzəştlər, eləcə də özəl sektorun fermerlərlə əməkdaşlığı barədə məlumat veriblər. Çıxışlarda həmçinin, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, bunun üçün vacib olan amillər, bazarlara çıxış, özəl sektorun bu sahədə rolu məsələlərinə toxunulub.

Veysəloğlu Şirkətlər Qrupunun "Tarladan rəfə" strategiyası üzrə təqdimatda qeyd edilib ki, məhsulların birbaşa tarladan mağaza rəflərinə gətirilməsi ilə bağlı 52 fermerlə başlanılan təşəbbüsün nəticəsi olaraq əməkdaşlıq edilən fermerlərin sayı 190-ı keçib. Şirkətlər Qrupu 2023-cü ilin yanvar-noyabr ayları ərzində fermerlerdən 50 min tona yaxın kənd təsərrüfatı məhsulu alaraq "Araz" və "OBA" market şəbəkələrində satışını həyata keçirib.

Tədbir çərçivəsində təşkil olunmuş "Dövlət-özəl sektoru əməkdaşlığı" panelində kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, istehlakçıların keyfiyyətli və uyğun qiymətə yerli məhsullarla təmin edilməsi, idxaldan asılılığı azaldaraq tədarük zəncirinin davamlılığının artırılması, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi kimi mövulara toxunulub, fermerlərin təklifləri dinlənilib.

Eyni zamanda tədbirdə fermerlər özəl sektorla əməkdaşlıq təcrübələrini bölüşüb, Şirkətlər Qrupunun qurduğu "soyuq zəncir" nəticəsində onların məhsullarını satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlmələrinə ehtiyac qalmadığını, məhsullarını şirkətin regional anbarlarına çatdırmaqla satışa nail olunduğunu bildiriblər.

Tədbirdə 13 kiçik fermerə kənd təsərrüfatı məhsullarının istehsalı üçün texnikalar və avadanlıqlar təqdim edilib.
Fermerlərə dəstəklə bağlı tədbir keçirilibFermerlərə dəstəklə bağlı tədbir keçirilibFermerlərə dəstəklə bağlı tədbir keçirilibFermerlərə dəstəklə bağlı tədbir keçirilibFermerlərə dəstəklə bağlı tədbir keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 934   Tarix: 01 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr