Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... - VİDEO
Ərzaqlıq buğda əkən fermerlərə müasir suvarma sistemləri üçün aldıqları kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kerdit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov "Xəzər Xəbər"ə bildirib ki, dövlətin verdiyi zəmanət 30 faizdən 60 faizə qədər dəyişəcək.
Onun sözlərinə görə, bu, banklar tərəfindən veriləcək kreditən faiz dərəcəsindən asılı olacaq.
Mehman İsmayılov qeyd edib ki, əsas hədəflərdən biri əkin sahələrində müasir suvarma sisteminin tətbiqi ilə məhsuldarlığı artımaqdır. Bununla həm də ölkədə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi yüksələ bilər.
O əlavə edib ki, sahibkarlara kreditlərin verilməsi bankların öz resusları hesabına həyata keçiriləcək. Şərtlərə görə, hər layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır. Müasir suvarma sistemlərinin alıcıları onların qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 %-i həcmində ilkin ödəniş etməlidirlər.
Dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1295 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrDirektoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib
19 dekabrBeyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabrBelə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
19 dekabr