Ərdoğan Yunanıstana səfər edəcək: 20 müqavilə imzalanacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinaya səfər edəcək.
Türkiyə liderinin səfər proqramına Yunanıstan Prezidenti Katerina Sakellaropoulou və baş nazir Kiriakos Mitsotakis ilə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.
Tərəflərin miqrasiya məsələsi də daxil olmaqla ən azı 20 saziş imzalaması planlaşdırılır.
Qeyd edək ki, bu, son yetmiş ildə Yunanıstana Türkiyə tərəfindən dövlət başçısı səviyyəsində ikinci səfər olacaq (birinci səfəri də 2017-ci ildə Ərdoğan gerçəkləşdirib). Türkiyə lideri bütün fikir ayrılıqlarına baxmayaraq, iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaq arzusunda olduğunu bildirib.
Yunanıstan polisi artıq ictimai təhlükəsizlik baxımından Ərdoğanın səfəri günü hər hansı ictimai toplantıları qadağan edib. Bundan başqa, 3,5 mindən çox polis təhlükəsizliyin təmin edilməsi üçün cəlb olunacaq. Türkiyə liderinin kortejinin keçidi zamanı yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Beynəlxalq hava limanında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Vəziyyət helikopterlər və dronlardan istifadə etməklə havadan izlənəcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 810 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr