Azərbaycanda qızılca kabusu - Yoluxma sayı 2 mini ötərsə...

Azərbaycanda qızılca kabusu - Yoluxma sayı 2 mini ötərsə...Qızılca Azərbaycanda "iri addımlar"la irəliləyir. Əfsus ki, virusun çox ağır fəsadları da özünü göstərməkdədir. Artıq bir neçə uşaq onun qurbanı olub. Orta məktəblərdə isə infeksiya kifayət qədər sürətlə yayılmaqdadır. Qusarda da artıq 27 nəfər qızılcaya yoluxub. Qusar Rayon Mərkəzi Xəstəxanasından mediaya bildirilib ki, onlardan 24-ü məktəblidir. Virus həmçinin Avropa ölkələrində özünü göstərməkdədir.

Məsələn, Rumıniyanın 29 əyalətində 2 minə yaxın yoluxma halı qeydə alındığı üçün ümummilli qızılca epidemiyası elan edilib. Bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Qızılcaya yoluxma hallarının həyəcanverici artımı, həmçinin yoluxmuş uşaqların pediatriya və yoluxucu xəstəliklər şöbələrinə yerləşdirilməsini nəzərə alaraq, Səhiyyə Nazirliyi 9-11 aylıq uşaqların peyvənd olunmasını təmin etmək məqsədilə ölkə səviyyəsində qızılca epidemiyası elan edib", - məlumatda deyilir.

Qeyd olunub ki, ölkədə peyvənd olunmamış və ya natamam peyvənd edilmiş insanlar da peyvənd olunacaqlar. 2 minə yoluxmaya görə epidemiya elanı. Azərbaycanda bu günədək neçə nəfər yoluxub? Bizdə də qızılca epidemiyası elan oluna bilərmi? Yaxşılaşma nə vaxt gözlənilir? Havaların soyuması virusun yayılmasına təsir göstərəcəkmi?

Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, ağır infeksion xəstəlik olan qızılcanın fəsadları da xeyli ağır olur: "Bəzi şəxslərdə bu xəstəlik ağır fəsadlaşmış şəkildə keçir və hətta ölümlə nəticələnir. Qızılcaya yoluxan şəxsin səhhətində paralel şəkildə digər bəzi xəstəliklər də ortaya çıxa bilər. Bu xəstəliyin fəsadlarından ən çox rast gəlinəni isə pnevmoniyalardır".

Təyyar Eyvazov bildirib ki, qızılcaya qarşı spesifik müalicə yoxdur: "Bu səbəbdən də ən yaxşı üsul peyvənd vurulmasıdır. Peyvənd almış şəxs xəstəliyə yoluxsa belə, çox yüngül keçirir. Qeyd edim ki, 2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılcanın endemikliyinin olmadığını sübut edən sənəd verib. Bundan sonra ölkədə qeydə alınan yoluxmalar qonşu dövlətlərdən gəlmə hallar hesabına qeydə alınırdı. Nəzərə almaq lazımdır ki, qonşu ölkələrdən gəlmə hallarına ölkəmizdə münbit şərait olarsa, yoluxmalar, təbii ki, baş verəcək. Bunun olmaması üçün peyvəndlərin vurulması vacibdir. Qeyd edim ki, COVID-19 pandemiyası dövründə də xüsusilə peyvəndlərdən imtina ilə bağlı əsassız təbliğat aparılırdı.

Peyvəndlərin vurulması bir çox uşaq ölümlərinin qarşısını alır. Ona görə də valideynlər hələ də bunu etməyiblərsə, bu gün də gec deyil, vaxtında peyvənd olunmaq lazımdır. Yaşayış yeri üzrə uşaq poliklinikalarına müraciət edin. Uşaqlara dövlət hesabına qızılca əleyhinə peyvənd vurulacaq".

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini söylədi: "Hələ ki, Avropa ölkələri arasında yalnız Rumıniyada epidemiya müşahidə olunur. Digər Avropa ölkələrində xəstəlik yayılmayıb. Burada görünür ki, Rumıniyada peyvəndlənmə ilə bağlı problem olub. İnsanlar orada daha çox peyvənd etdirmək istəməyiblər. Təbii ki, digər Avropa ölkələrində də peyvəndə qarşı çıxanlar var. Amma burada peyvənd olunanlarla olunmayanların nisbəti məsələsi var. Bu nisbət fərqi əgər çox olarsa, həmin yerdə epidemiya, ya da endemiya müşahidə olunur. Fərq azdırsa, peyvənd olunanlar kifayət qədər çoxdursa, onların fonunda peyvənd olunmayanlar da infeksiyaya yoluxmur. Qızılca xəstəliyi çox sürətli yoluxan xəstəlikdir, COVİD kimi deyil. Burada pik nöqtəyə çatma, sonra enmə daha sürətlə müşahidə olunur. Bu artıq bizdə bir müddətdir ki, başlayıb. Hər halda lokal şəkildə rayon, kənd üzrə pandemiyanın sönməsi müşahidə olunacaq. Burada artıq bir dəfə yoluxmaqla ömürlük, möhkəm immunitet yaranır. Yoluxub sağalanlar bir daha yoluxmurlar. Nəzərə alsaq ki, orta və yaşlı nəsildən əvvəllər bu xəstəliyi keçirənlər var. Peyvənd olunanlar da var, onlar yüngül keçirir, yaxud da yüngül keçirirlər. Bütün bunlar onu göstərir ki, qızılca xəstəliyi çox böyük problem yaratmamalıdır. Qısa dövr ərzində yaxşılaşmanı müşahidə etməliyik. Fikrimcə, bu, COVİD kimi uzun çəkməyəcək".

Tanınmış pediatr Vaqif Qarayev isə qızılca ilə bağlı hazırda qurumların insanları, insanların da səhiyyə qurumlarını, həkimləri qınamasını tənqid edib: "Keçmişə qayıtsaq, Sovet vaxtı sahə pediatrının iki əsas işi var idisə, birincisi uşaqların aktiv immunizasiyası idi. Peyvənd altına düşən müxtəlif yaş qruplarının illik planı hazırlanardı. Sonra aylıq, rüblük, illik hesabatlar verilərdi. Kimə, epidemioloqa. Epidemiloqlar daim izləyərdi immunizasiyanın gedişini. Plan dolmayanda xəbərdarlıqlar, şiddətli töhmətlər, tibbi şuralarda tənələr, danlanmalar olurdu. İki dəfə peyvəndə görə nazirliyin kollegiya iclasına çağırılmışam. Yəni çox ciddi nəzarət vardı peyvənd məsələsinə. İndi bilmirəm necədir vəziyyət. Bildiyim odur ki, sahə pediatrı valideyndən iltizam almaqla işini bitmiş hesab edir. Bu, vəziyyətdən çıxış yoludurmu?- Xeyr. Bəs epidemioloqlar nəzarət edirmi? Edirsə, bu günə kimi niyə həyəcan təbili çalmayıblar? Peyvənd barədə saxta rəqəmlər yazmaq olar. Amma indiki epidemioloji vəziyyət o rəqəmləri ifşa edir. Bunları ona görə deyirəm ki, qızılca bizimlə əbədi yaşamayacaq. Bitəcək nə vaxtsa. Təki az itki ilə çıxaq bu durumdan. Məsələ budur ki, uşaqlar təkcə qızılcaya görə yox, digər infeksiyalara qarşı da peyvənd olunmur. Heç kim zəmanət verə bilməz ki, sabah difteriya, göyöskürək, poliomielit, hepatit B kimi təhlükəli infeksiyalar yayılmayacaq. İndiki, sərhədlərin açıq olduğu bir zamanda infeksiyaların yayılma ehtimalı həddindən artıq çoxdur. Bizə yaxın qonşu dövlətlərdə də epidemioloji durum qənaətbəxş deyil. Ona görə yeganə çıxış yolu peyvənddir. Müxtəlif qurumların bir-birini ittiham etməsi ilə vəziyyətdən çıxa bilmərik. Ciddi çıxış yolları fikirləşib əhalini məlumatlandırmalıyıq".

Mənbə: www.musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5563   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr