Ali təhsilli Vətən müharibəsi iştirakçısının xadimə təyin edilməsi ilə bağlı AÇIQLAMA
Ali təhsilli Vətən müharibəsi iştirakçısı orta məktəbdə xadimə vəzifəsinə təyin olunub.
Bu barədə deputat Fəzail Ağamalı sosial media hesabında paylaşım edib.
"Salyan rayonunun Kərimbəyli kənd sakini, ADPU-nun Psixologiya ixtisası üzrə məzunu olan İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə təyin olunub. Mənimlə söhbətində onu çox pis vəziyyətə salan bu işin başqa bir işlə əvəz olunmasını dəfələrlə S.Məsimlidən xahiş etsə də, müxtəlif bəhanələrlə bundan imtina edildiyini deyib.
Şirvan-Salyan Regional Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.
İdarədən bildirilib ki, məlumat araşdırılıb:
"Araşdırma nəticəsində məlum olub ki, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin korreksiyaedici təlim ixtisası üzrə bitirmiş İbrahim Hüseynov 15.09.2021-ci ildə Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə öz xahişi və müraciəti əsasında məktəbdə texniki vəzifə üzrə işə götürülüb.
Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir müraciət etməyib.
İxtisası korreksiyaedici təlim olan İbrahim Hüseynova Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin olunmasına köməklik ediləcəkdir", - deyə idarədən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3466 Tarix: 10 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr