Şöbə müdiri rüşvəti belə alıbmış... - Danışıqlar

Şöbə müdiri rüşvəti belə alıbmış... - DanışıqlarRüşvət almaqda ittiham olunan "Salyan rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasovun məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, X.Abbasov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və 2 il sınaq müddəti təyin edilib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Xanış Abbasov ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina edib.

Məlum olub ki, şöbə müdiri əlillik dərəcəsinin təyin edilməsi üçün xəstəxanada stasionar qaydada müalicə olunmadıqları halda, Namiq Quliyev və qardaşı Zamiq Quliyevə (ad və soyadlar şərtidir) epikriz verilməsinə görə onların hərəsindən 500 manat rüşvət istəyib və qurumun inzibati binasından qardaşlardan ümumilikdə 1000 manat alıb.

Maraqlıdır ki, qardaşlardan biri rüşvət verməzdən əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə hüquq-mühafizə orqanı tərəfindən onun üzərinə xüsusi videoqeydiyyat funksiyalarına malik qurğu quraşdırılıb, eyni zamanda ona 10 ədəd nömrələnmiş 100 manatlıq əskinas verilib.

Daha sonra qardaşlardan biri təkbaşına xəstəxanaya gedərək Xanış Abbasovun xidməti otağına daxil olub və əməliyyatçıların verdiyi 10 ədəd 100 manatlıq əskinasları şöbə müdirinə təqdim edib.

Qeydə alınan videoda xəstə ilə həkim arasında yaşanan dialoq belə olub:

- Salam, bayramınız mübarək. Necəsiz? Nə var, nə yox?
- Salam.
- 3 aydan sonra götürüdüm gəldim, sonra bir problem yaşamayacam ki?
- Gəldin, yox demədim...
- Allah köməyiniz olsun, biz iki qardaşımızın sənədini demişik.
Ətraflı
Ad - 00:09
- Keçən dəfə danışdıq da. Sən dedin, mən də razılaşdım.
- Gəl, ikisinin başını 900-lə bağlayaq.
- Gücüm çatmaz, mən ora nəsə verməsəm, saxlaya bilmərəm.
- Sən Allah, 1000-dir 1000 üstümdə olmağına...
- Danışdıq da, sənə bir söz demirəm ki, mən cibimə qoyub aparmıram ki, Ordan da mənə 100 manat ... hə-hə, yox-yox...

Bundan sonra sənədlərinin bu üsulla düzəlməsini istəyən şəxs min manatı şöbə müdirinə təqdim edib:

- Allah ömür versin, minnətdaram, qardaş, onu elə işləyin ki...

Şöbə müdiri:

- Qardaş, ayıb söhbətdir

- Hə də, göydə Allah, yerdə siz...

- Sağ ol!

Qeyd edək ki, X.Abbasovun əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin avqustunda ifşa olunub. Onun yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1441   Tarix: 12 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr