Həmin gənc yenidən xəstəxanaya yerləşdiriləcək - VİDEO
Sosial şəbəkələrdə gənc oğlanın topladığı məişət tullantılarını su hövzəsinə tökməsini əks etdirən görüntülər yayılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin Bərdə rayonunda Qarabağ kanalının kənarında baş verməsi müəyyənləşib. Əvvəllər dəfələrlə inzibati xətaya yol vermiş və sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış xəstəxanaya yerləşdirilən 1997-ci il təvəllüdlü M.Abbasov yenidən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, görüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılıb:
"Həmin şəxsin kimliyi müəyyən edilib. Onun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olması nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür".
Qeyd edək ki, bir neçə ay əvvəl M.Abbasovun Bakı bulvarında qışqıraraq çəkdirdiyi video da yayılmışdı. Həmin vaxt da o, psixiatrik xəstəxanaya yerləşdirilmiş və bir müddət müalicə olunduqdan sonra xəstəxanadan buraxılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2593 Tarix: 12 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr