Vəfat edən şəxsin kredit borcunu kim ödəməlidir? - ARAŞDIRMA
Bu gün bir çox insanı maraqlandıran suallardan biri də vəfat edən şəxslərin kredit borclarının kimlər tərəfindən ödənilməli olduğudur. Bəzən yaxınını itirmiş şəxslər, xüsusilə də zamin duran insanlar ondan geriyə qalan borcu ödəməkdən imtina edirlər. Bu da banklarla həmin şəxslər arasında münaqişələrə səbəb olur.
Şəxs öldükdən sonra onun həyatda olduğu dövrdə götürdüyü kredit borclarının aqibəti necə olur?
Mövzu ilə bağlı Sonxeber.az-a Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov açıqlama verib.
O bildirib ki, ölən şəxsin bankda olan kredit borcu ilə əlaqədar vərəsələri barədə məhkəmələrə müraciətlər olunur. Əslində bu münasibətlər qanunvericilikdə birmənalı tənzimlənmişdir.
"İlk növbədə qeyd edilməlidir ki, ölən şəxsin həm hüquqi və də fiziki şəxslərin qarşısında öhdəlikləri ola bilər. Lakin şəxs öldükdə hüquqi fəaliyyət qabiliyyətini itirdiyindən, öhdəliklərin icrası qeyri-mümkün olur. Buna misal üçün şəxsin ölməmişdən əvvəl hər hansı bir mağazadan götürdüyü məhsulun kredit ödənişlərini, eyni zamanda daha çox rast gəlinən bank qarşısında götürdüyü kredit öhdəliklərini göstərmək olar. Vətəndaşlarımızda yalnış bir fikir formalaşmışdır ki, əgər şəxs ölürsə, onda onun öhdəliklərinə də xitam verilir. Əslində vərəsəliklə bağlı münasibətləri tənzimləyən normalarda göstərilmişdir ki, miras şəxs öldükdə və ya ölmüş elan edildikdə açılır. Mirasa əmlak aktiv və passivdən ibarət olur. Aktivlərə şəxsin daşınar, daşınmaz əmlakı və digər qiymətli əşyalar aid edilir. Passivə isə şəxsin öləndən sonra borcları, kredit və digər öhdəlikləri aiddir. Beləliklə görürük ki, vərəsələr şəxsin ölümündən sonra onun əmlakı ilə bərabər onun öhdəliklərini və borclarını da qəbul etməyə məcburdurlar. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən işlərdən biri də kreditorun borculunun vərəsələrini məhkəməyə verməklə onlardan öhdəlikləri yerinə yetirməsini tələb etməsidir. Bir sözlə şəxs öldükdən sonra onun vərəsələri bir başa həmin öhdəliklər üzrə borcluya çevrilirlər. Lakin vətəndaşlar bir məqamı unutmamalıdılar ki, şəxs öləndən sonra heç bir aktiv saxlamamışdırsa, onda passivlər də vərəsələrə keçmir. Yəni miras əmlakın aktiv hissəsini qəbul edən vərəsə, həmin pay üzrə də passiv, yəni öhdəlikləri də qəbul edir. Əgər şəxsin əmlakı yoxdursa, vərəsələrə qarşı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələblərin irəli sürülməsi yol verilməzdir".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4037 Tarix: 15 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü
30 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrMarketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ
Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa
1 noyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabr"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30 oktyabrİnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb
31 oktyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabr