"16-17 yaşında kimsə evlənmək istəyirsə, biz ona qadağa qoya bilmərik" - SOSİOLOQ

"16-17 yaşında kimsə evlənmək istəyirsə, biz ona qadağa qoya bilmərik" - SOSİOLOQ"Erkən nikahlar məsələsi elədir ki, qanunda nəzərdə tutulmuş yaş limiti insanlar tərəfindən normal qəbul olunmur. Bir çox ölkələrdə bu 16-17 yaşdır. Ona görə də bir çoxları tez evlənmək və ailə qurmaq istəyir. Evlənmək hər kəsin təbii haqqıdır. İkinci səbəb isə bəzən ailələrdə hər hansı bir hadisə ilə bağlı uşaqları tez evləndirməyə çalışırlar. Müəyyən ailə daxili vəziyyətlər və məsələlər var ki, övladları tez evlənmək məcburiyyətində qalır. Bir də görürük uşaqlar da buna maraqlı olur. Bu kimi hallar var".

Bu sözləri Sonxeber.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə, digər tərəfdən isə statistikada tam dəqiq olmayan rəqəmlər mövcuddur. Rəsmi evlilik olmayan hallarda var:

"Ümumiyyətlə bu kimi hallara mütləq baxılmalıdır. Necə ki, min illər əvvəl insanlar gənc yaşda ailə qurublar. Onların bu hüquqları tanınmalıdır. Aydındır ki, müəyyən bir çərçivələr olmalıdır. 1 il məhdudiyyəti azaltmaq olar. Bir çox ölkələrdə var. Tərəflər fiziki və psixoloji cəhətdən hazır olmalıdır. Baş verən hadisələrə ciddi baxılmasa bu halların qarşısını almaq olmayacaq. Bir çox insanlar düşünür ki, daha erkən evlənə bilər. Bu cür düşüncəyə məntiqlə yanaşmaq lazımdır. İnsanın yaradılışının bir forması var və qanun bunun məntiqi ilə əsaslanmalıdır. Tərəflər əgər ata ana məsuliyyətini dərk edirsə evlənmək olar. Əks halda mümkün deyil. İnsanlar arasında maarifləndirmə işləri həyata keçirilməlidir ki, niyə 18 yaşa kimi evlənmək olmaz. Çünki qarşı tərəflər bunu anlamaq istəmir və bir elmi əsas olmalıdır".

Sosioloq bildirib ki, bəzən erkən nikahlarla mübarizə adı altında gender bərabərliyinin təbliğatını aparırlar:

"Birdə görürsən 30 yaşından yuxarı evdə qalırlar. Ailə qura bilmirlər. Son zamanlarda özü də boşanmaların sayında artım müşahidə olunur. Gənclər evlənə bilmir. Ona görə də bu təbliğat o qədər yaxşı effekt vermir. Təbii olaraq, hər şey öz vaxtında və normasında olmalıdır. Mən də əslində tərəfdarıyam ki, gənclər 20 yaşında ailə qursun. Amma burada bioloji tərəfdən yox, müasir dövrün reallığı, iş və təhsil məsələlərini tamamlayıb evlənəndə daha yaxşı olar. 16-17 yaşında kimsə evlənmək istəyirsə, onlara biz qadağa qoyanda sübut eləməliyik, əsaslandırmalıyıq. Mən hələ ki bu mövzuda əsaslandırılmış cavab eşitməmişəm. Nə psixoloq, nə alim 18 yaşdan aşağı evliliyi əsaslandıra bilir, nə də ki həkim bunu sübut edə bilib. İnsanların evlənmək hüququ var. Əgər hazırdılarsa, bu hüququ kim onların əlindən ala bilər. Bunlar ziddiyətli məsələlərdir. Burada birdəfəlik demək olmaz ki, biri tez evləndi, biabırçılıqdı. Belə şey olmur".

Elçin Bayramlı vurğulayıb ki, əgər zorakı evlilik olarsa, biz buna müqavimət göstərməliyik:

" İki gənc könüllü surətdə, öz razılığı əsasında 17 yaşında evlənmək istəyir. Fiziki, biloloji və psixoloji olaraq hazırdılar. İşi və gücü, hər şeyi varsa nəyi əsas göstərərək buna müqavimət göstərmək olar. Yaxud necə mane ola bilərik. Orası hələ mənə aydın deyil. Bu barədə elmi yaxud başqa bir nəticə göstərə bilən olmayıb. Ona görə, bu kimi məsələlərə iki tərəfdən yanaşmaq lazımdır. Hansısa bir təbliğata uyub gec evlənmək yaxşıdı deyə-deyə evlilikləri məhv etdik. Gənclərin yaş 30-a çatır və keçir, lakin, evlənə bilmirlər. Əvvəllər belə problem yox idi. Amma indi ailələr dağılır. Boşanmalar üzrə dünya liderliyinə çıxmışıq. Prosesləri görməliyik. Zorakı evliliyi və könüllü evliliyi qarışdırmamalıyıq. Onlar fərqli yanaşma tələb edir. Qanun buna əsasən hazır olmalıdır. Əks halda bu problemin öhdəsindən gəlmək çətin olur. Zorla insanlara hər şey qəbul etdirmək olmur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4118   Tarix: 19 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qiymətlər 3-4 dəfə UCUZLAŞACAQ - Müjdə verildi

Yaddaş çiplərinin qiymətində son illərdə müşahidə olunan ciddi artımın yaxın dövrdə kəskin şəkildə aşağı düşə biləcəyi açıqlanıb. -un xarici mediaya istinadən xəbərinə görə, texnologiya nəhəngi Samsung bildirib ki, çinli istehsalçıların bazara daha güclü daxil olması qiymətlərin ucuzlaşmasına səbəb ol

24 may
.

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Leyla Əliyeva və Alyona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər. Mərkəz

24 may
.

Şoltsa yeni vəzifə veriləcək

Almaniyanın sabiq kansleri Olaf Şolts Qlobal Cənub ölkələri ilə əməkdaşlığın inkişafı ilə məşğul olacaq yeni "Şimal - Cənub" komissiyasına rəhbərlik edəcək. "Report" xəbər verir ki, bu barədə "Der Tagesspiegel" məlumat yayıb. Qeyd olunur ki, belə bir strukturun yaradılmas

24 may
.

Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır

Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda quşçuluq sahəsində əsas məhsullar üzrə müxtəlif istiqamətli dəyişikliklər qeydə alınıb. Hesabat dövründə 764,1 milyon ədəd yumurta istehsal olunub ki, bu da 4,3 faiz azalma deməkdir. Nəzərə alaq ki, yumurta ən çox tələb oluna

24 may
.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib. OxuAz xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında yayılıb. "Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanları

24 may
.

Qurban bayramı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. -ın məlumtına görə, fətvada deyilir:. "Bağışlayan və Mərhəmətli Allahın adı ilə!. Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurba

25 may
.

Etibarnamə ilə maşın sürənlərin nəzərinə - GƏLƏN AYDAN...

Azərbaycanda iyunun 16-dan etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək. -a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yenilikləri

24 may
.

Bu gün Təbrizdə vəfat edən konsulumuzun FOTOSU

Xəbər verdiyimiz kimi, Təbrizdə Azərbaycanın konsulu kimi fəaliyyət göstərən Ramil İmranov vəfat edib. O uzun müddət diplomatik orqanlarda çalışıb. Mərhum uzun müddət Səudiyyə Ərəbistanının səfirliyində fəaliyyət göstərib. onun fotosunu təqdim edir

24 may
.

Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır

Bəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçü

23 may