"MİQ müsabiqəsində kişi müəllimlərə xüsusi güzəştlər edilərsə, məktəblərdə onların sayı arta bilər" - EKSPERT

"MİQ müsabiqəsində kişi müəllimlərə xüsusi güzəştlər edilərsə, məktəblərdə onların sayı arta bilər" - EKSPERT"Yaponiyada ibtidai siniflərdə dərs deyən kişi müəllimlərinin ortaq göstəricisi 39 faizdir. Təbii ki, yuxarı siniflərə qalxdıqca bu faiz göstəricisi daha da artır. Ümumi göstəricisi isə 69 faiz kişi müəllimləri, 31 faiz isə qadın müəllimləridir. Fərq baxaq. Dünyanın bir çox ölkələrində kişi müəllimlərinin qadın müəllimləri faiz göstəricisinə görə üstələdi halları müşahidə edilir. Bunun birinci səbəbi sosial təminatdır. İkinci səbəb isə pedaqoji ixtisaslara olan diqqət və ixtisasların nüfuzunun çox yüksək səviyyədə olmasıdır. Bu iki səbəb böyük faktordur. Təhsilin mənzərəsini dəyişmək gücündədir. Yaponiyada bir müəllimin illik əmək haqqı ABŞ dolları ilə 62 ortalama 62 min dollardır. Buda hesablayanda aya bəlli məbləğ edir. Amma təbii ki, bu da son deyil. Orada müəllimlərə müəyyən güzəştlər və imtiyazlar tətbiq olunur. Yüksək təqaüd zəmanəti verilir. Çünki xarici ölkələrdə təqaüdün yüksək olma zəmanəti çox vacib məsələlərdən biridir. Mənzil təminatı ödənilir. Müəllimliyə verilən xüsusi diqqətdən sonra burada cins ekvivalentliyi ciddi hiss olunmur".
"MİQ müsabiqəsində kişi müəllimlərə xüsusi güzəştlər edilərsə, məktəblərdə onların sayı arta bilər" - EKSPERTBu sözləri Sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. O bildirib ki, bizdə Sovet dövründə hələ kişi müəllimlərin sayı qadın müəllimlər ilə az olub. Amma daha indiki kimi deyildi:

"90-cı illərdən bu yana müstəqillik əldə etdikdən sonra məktəbdə kişi müəllimlərin ildən ilə azalmağa başladı. Bunun birinci səbəbi sosial faktordur. Müəllimliyin maaşı həddindən artıq aşağı idi. Son illərdə müəyyən qədər dövlətin qayğısı və nəzarəti sayəsində müəllimlərin maaşı artırıldı. Sertifikasiya, diaqnostika kimi elementlər qüvvəyə mindi. Amma ümumilikdə gördükdə müəllimlər ən aşağı maaş alan zümrələrdən hesab olunurdu. Bizdə kişi ailədə əsas dominant olduğuna görə, sosial tələbatı ödəməyə məcbur şəxs olduğuna görə o, müəllimlik ixtisasını seçmirdi. Hətta seçsə belə universitetdə pedaqoji istiqamət oxusa da bunu yalnız diplom almaq xatirinə edir. Diplom aldıqdan sonra tamamilə başqa işlə məşğul olurdu. DİM statistikaları ilə görərik ki, pedaqoji ixtisasları seçən oğlanların sayı az deyil. Qızlardan müəyyən qədər geri qalır. Problem odur ki, pedaqoji ixtisasları seçən və bu ixtisaslara yiyələnən şəxslərin neçə faizi müəllimlik ilə məşğul olur. Problem budu və araşdırılmalıdır. ".
Ekspertin sözlərinə görə, burada artıq ciddi fərqlər meydana gəlir. Bu o deməkdir əksəriyyəti diplom xatirinə oxuyublar və əmək bazarında özlərini pedaqoq kimi yox, yalnız ali təhsilli şəxs kimi qələmə vermək istəyiblər:

" Müəyyən qədər addımlar atılmalıdır. Bir neçə təklifləri mən irəli sürmək istəyirəm. Təbii ki, sosial məsələlər, maaş artımı ilə bağlı təkliflər qüvvədədir. İndi bunu desəm təkrarçılıq kimi çıxacaq. Bu günləri sosial təminatı, maaşı yaxşı olan bir kişi müəllim öz işini qoyub başqa işlə məşğul ola bilməz. Bu zaman o öz işinə fokuslana biləcək. Amma mən bunu demirəm. Amma vacibdir. Kişi müəllimlərin məktəblərə axını baş verməlidir. Təhsilimizin bəzi görünməyən tərəfləri var ki, oradan biz çox geriləyirik. Məsələn məktəblərdə çətin idarə olunan uşaqlar var. Onlar üçün kişi müəllimlərin nəzarəti, onların xarakteri çərçivəsində cəlb olunması çox vacibdir. Məktəblərin 95-99 faizi qadınlardan ibarət. Müəllimdən, texniki heyətdən rəhbərliyə qədər yalnız xanımlardan ibarətdir".

Elmin Nuri qeyd edib ki, yuxarı sinif şagirdləri var ki, onların nəzarət mexanizmi və təlim tərbiyə prinsipləri üçün mütləq kişi müəlliminin rolu olmalıdır:

"Məsələn pedaqoji ixtisası bitirən şəxslər ən azı 5 il məktəblərdə müəllim işləməlidir. Belə bir qoyulsa pis olmaz. Adam riyaziyyat müəllimliyini bitirib və 5 il işləməlidir. Təklif kimi yaxşı ola bilər amma inandırıcı deyil. Niyə görə? Pedaqoji ixtisaslara müraciət edən xanımların sayı çoxdu. Əmək bazarı ilə kadr potensialı arasında ciddi fərqlər var. Müəllimlər işə qəbul müsabiqəsində xeyli müəllimlər müsabiqədən yaxşı bal toplasalarda kənarda qalırlar. Niyə görə? Vakant yerlər azdır. Statistik göstəriciləri itirmişik. MİQ müsabiqəsində kişi müəllimlərə xüsusi güzəşt edilməlidir. Onlara biz məktəbə qəbulunu istəyiriksə yeganə çıxış yolu budur. Çünki, artıq bir neçə ildir ki, məktəblərdə müəllim potensialını MİQ müsabiqəsi ödəyir. Biz MİQ müsabiqəsində xüsusi güzəşt etsək, onların sayında artım olacaq. Biz məktəblərdə kişi müəllimlərin axını vacibdir. Elm və təhsil nazirimiz Emin Əmrullayev dəfələrlə çıxışlarında bunu deyib. Amma təkliflər paketi hazırlanıbmı, əməli bir iş görülübmü? Deyərdim yox. Mexanizm çətindir. Bu gün MİQ müsabiqəsində kişi müəllimlərə test imtahanı və sertifikasiya mərhələsində müəyyən güzəştlər tətbiq olunursa məktəbdə kişilərin sayı arta bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1280   Tarix: 20 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr