Kamran Həsənli: "Elgiz kimi verilişlərimdə "arvad söhbətləri" etməmişəm"

Kamran Həsənli: "Elgiz kimi verilişlərimdə "arvad söhbətləri" etməmişəm""Hazırladığım bütün layihələrim baxımlı, reytinqli olub. Hər zamanda verilişlərimdə "Turançılıq", "Türkçülük" təbliğ olunub. Hətta verilişlərimin sonunda "Tanrı sizi qorusun" demişəm. "Sizin saat" verilişində qonaqlarım incəsənət nümayəndələrindən savayı ölkəmizin adını və bayrağını ucaldan idmançılarımız, çempionlar olub. Onları biz efirdə təbliğatını aparmışıq. İndi televiziyaları zəbt edən aparıcılar məcbur edirlər ki, bunları danışaraq özümü reklam edim. "Musiqili meydan" verilişinin isə onlarla ulduzun populyarlaşmasında böyük rolu olub".

Bu sözləri aparıcı Kamran Həsənli Bizim.Media-ya açıqlamasında deyib.

MÖVZU İLƏ BAĞLI:

Elgiz Kamrana sataşdı: "Televiziya tarixinə hansı verilişi gətirmisən?" - VİDEO

Bu gün Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində söylədiyi "Sən başlamısan həmkarlarını təhqir etməyə və ünvanlarına artıq-əskik sözlər deməyə... Bu layiqli bir işdir? Sən bəs nə etmisən?

Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən və nə ilə yadda qalmısan? De, biz də bilək" sözlərinə Kamran belə reaksiya verib:

"Əleyhimə danışan aparıcıların apardıqları verilişlərin əksəriyyəti "Sizin saat" layihəsinin "prototipi", oxşarı, təkrarıdır. "Studiyada divan, qonaqlar gəlir, mövzu müzakirəsi və musiqi" formatını Azərbaycan televiziyasına mən gətirmişəm. Bu formatın isə "talk show"nu mən gətirmişəm efirə. Adı da "Sizin saat" olub.

Necə baxılması və reytinq verməsi də göz qabağında olub.

Tamaşaçılar qapının ağzında saatlarla gözləyirdilər ki, studiyaya girsinlər. Biz tamaşaçılara pul vermirdik ki, gəlib bizim verilişdə iştirak etsinlər. Onlar pul verirdilər ki, studiyaya içəri keçib, proqramımızda iştirak etsinlər. Bu format dəyişilməlidir. Mən olsaydım, televiziyada bu formatı ləvğ edərdim.

23 il əvvəl ilk canlı efir də mənim təqdimatımda "Space" televiziyasında olub. Bu format isə məcburiyyətdən olub. Çünki studiyamız belə yox idi. Bizə kiçik bir otaq verilmişdi və biz oranı studiyaya çevirmişdik. Amma orada etdiyimiz "Sizin saat" proqramının reytinqi indikilərdən qat-qat artıq idi. İlk mövzumuz isə sənətçilərin açıq-saçıq geyimləri idi. Müzakirəni isə dini xadimlə, Xalq artisti Brilliant Dadaşova ilə aparmışdıq. Biz belə başlamışdıq verilişlərimizə..."

Kamran Həsənli bildirib ki, hazırda telekanallarda yayımlanan verilişlərin əksəriyyəti onun 23 il əvvəl televiziyaya gətirdiyi "Sizin saat" layihəsinin təkrarıdır:

"Özlərini aparıcı sayanların apardığı verilişlər "Sizin saat"ın təkrarıdır. 23 ildir ki, bu formatı dəyişə bilməyiblər. Kənardan gələn xarici layihələri təkrarlaya bilirlər, amma Kamran Həsənlinin ideyası olan "studiyada divan, qonaqlar gəlir, mövzu müzakirəsi və musiqi" formatını dəyişə bilmirlər. Onlar o formatdan çıxsınlar, sonra mənim haqqımda və arxamca danışarlar".

Həsənlinin Elgiz Əkbərin "İki-üç əyalətdən gələn qadın müğənniləri toqquşdurub, verilişində dalaşdırmısan. Ondan başqa sənin nə verilişin olub? Sənin hansı müəllif layihən olub? Nə ilə yadda qalmısan? İki müğənnini verilişə çağırıb dalaşdırmağa nə var ki?" fikirlərinə münasibəti isə belə olub:

"Mən ondan (Elgiz Əkbəri nəzərdə tutur – red.) fərqli olaraq ər və qadının arasına girib onları dalaşdırmamışam. O ki, qaldı müğənniləri dalaşdırmağıma... Onları sənət üstündə toqquşdurmuşam. Onları sağlam rəqabətə dəvət etmişəm. Əyalətdən də gələ bilərdi, Bakıdan da. Siz niyə uzağa gedirsiniz ki, müğənni Tünzalə Ağayeva "Musiqili meydan" verilişinə əyalətdən, Tovuz rayonundan gəlib. Amma indi o gözəl müğənni və "Xalq artisti" fəxri adını daşıyır.

Abbas Bağırov isə Gəncədən gəlib. Onlar hamısı ortalığa "Musiqi meydan" proqramı vasitəsi ilə çıxıblar. Onun əyalətə bu qədər nifrəti var? Əyalət bizim canımız, qanımızdır. Belə söhbətlər etmək heç düzgün deyil. Amma ər və arvadı efirə çağırıb, "bibi, qayınana nə etdi?" kimi arvad söhbətləri etmirdim və belə mövzuları təbliğ etmirdim".

Kamran telekanallarda yayımlanan ictimai-sosial proqramlarının fəaliyyətini və aparıcılarını sərt şəkildə tənqid edib:

"Onları nəzarət etmək üçün televiziyalarda heç bir quruma və ya "Bədii şura"ya ehtiyac yoxdur. Mən televiziyalarda senzuranın əleyhinəyəm. Azərbaycanda televiziya formatı yoxdur. Bunlar küçədən gələn qeybətcil, "arvad söhbəti" edən insanlardır. Təsadüfən çıxıblar efirlərə və bu efirləri alıblar əllərinə. Bu format yerli-dibli silinməli və yeni televiziya konsepti yaradılmalıdır.

Televiziya rəhbərinin mütləq şəkildə milliyətçi düşüncəsi olmalıdır. Tarixi biliyi, siyasi düşüncəsi, musiqi bilicisi olmalıdır, dövləti və dövlətçiliyi sevməlidir ki, bu millətin adına layiqli verilişlər və layihələr yaratsın. İstəyir şou, musiqi, xəbər və əyləncə olsun... Əsas odur ki, tamaşaçı bu verilişlərə baxanda ürəyi bulanmasın. Orada millətimizin adına ləkə və rəzillik gətirəcək məqamlar olmasın. Çünki bizə bütün dünya baxır".

K.Həsənli bildirib ki, hazırladığı verilişlər hər zaman uğurlu və reytinqli olub.

"Bir verilişə saat yarım içində bir milyondan çox sms gəlib. Bu televiziyanın rekordudur. Siz indi oturub nədən danışırsınız? Bir milyon yarım manat pul edir. Onlar məni məcbur edirlər ki, özümdən danışım.

Mən onlara öz çıxışımla göstərdim ki, əsl reytinq nədir. Bütün ölkə həmin verilişə, mənim çıxışıma baxdı. Mən haqqımda xoş olmayan sözlər danışan aparıcılara öz çıxışımla "master class" keçdim. Bütün televiziyalar mənə qarşı böyük "divar" yaradıblar. Çünki mən efirə gəlsəm, bütün format dəyişiləcək.

Bu gün reytinq sosial şəbəkədədir.

Sosial şəbəkələrdə isə insanlar televiziyaları söyür. Onların isə üzləri bu söyüşlərlə o qədər bərkiyib ki, deyirlər, "qoy söysünlər, onsuz da hamısı bizim verilişləri izləyir". Bunlar anlamırlar, reytinq sevgi ilə baxışın birləşməsidir. Sizin hörmətiniz yoxdur və sizə hörmət etmirlər, sevmirlər deyə, onlar sizə olan fikirlərini sosial şəbəkədə yazırlar. Bu əsl reytinqdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1455   Tarix: 20 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı

Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır

18 sentyabr
.

Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö

17 sentyabr
.

Qarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən

17 sentyabr
.

"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay

17 sentyabr
.

Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı

Naxçıvanda "Əshabi-Kəhf" ziyarətgahında çəkilən görüntülər dini məkanlarda davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə məkanlarda geyim, foto və video çəkilişi, eləcə də ziyarətgahın müqəddəsliyinə və digər ziyarətçilərə münasibət məsələləri həm dini, həm də eti

18 sentyabr