Paytaxtın tıxaclarına ÇARƏ: Skuter və velosipedlərdən istifadə NƏYİ DƏYİŞƏCƏK?

Paytaxtın tıxaclarına ÇARƏ: Skuter və velosipedlərdən istifadə NƏYİ DƏYİŞƏCƏK?"Bu gün Bakı şəhərində yerüstü səfərlərimizin 60-70 faizi avtobusların, 30-40 faizi isə taksilərin payına düşür. Amma avtobusların üstünlükləri çox azdır və hazırda bunun üzərində işlər gedir. Taksilərlə edilən səfərlərin orta məsafəsi isə 1-3 kilometrdir ki, bunu da mikromobil vasitələrlə başa vurmaq olar".

Problemləri Bizim.media-ya açıqlayan nəqliyyat sektoru üzrə ekspert Rauf Ağamirzəyev çıxış yollarından birinin səkilər olduğunu deyib:

"Digəri isə velozolaqlardır ki, bunlarla da velosipedlərin və skuterlərin hərəkətini təmin etmək olar. Buna da artıq Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısından başlayıblar. Bakının gələcək vizual görüntüsü artıq formalaşır. İstiqlaliyyət küçəsi paytaxtda geniş səkilərə malik olan yeganə küçədir. Burada velozolağın təşkili ilk növbədə mikromobil vasitələr üçün yeni imkanlara səbəb olacaq, digər tərəfdən isə ictimai nəqliyyatın hərəkətini tənzimləyəcək.

Ardınca isə Azərbaycan və Bülbül prospektlərində, eləcə də Mirzağa Əliyev küçəsində xətlərin çəkilməsi planlaşdırılır. İlkin mərhələdə bəzi çatışmazlıqlar ortaya çıxacaq.

Bunlara da cavab veriləcək. Əvvəlcə konflikt nöqtələrin idarə olunması məsələsini qeyd etməliyik. Belə ki, əgər zolaq dayanacağın qarşısından keçərsə, bunu dərhal həll etmək və dayanacağı bir qədər də irəli çəkmək olar. Elə etmək lazımdır ki, bir hərəkət iştirakçısı digərinə mane olmasın".

"Cərimələr tətbiq olunmalıdır"

Ekspert vurğulayıb ki, zolaqlar çəkildikdən sonra sərt nəzarət tədbirləri aparılmalıdır:

"Avtobus xətləri ilə bağlı problemləri bu sahədə də qaldırmaq lazımdır. Çünki sərt nəzarətin olmadığı istənilən infrastrukturla bağlı mexanizmlər əksər hallarda işlək olmur. Əgər bu xətlər yaradılırsa, o zaman buna mane olan bütün hallar aradan qaldırılmalı və müəyyən cəzalar, yaxud cərimələr tətbiq olunmalıdır.

Ona görə ki, əgər burada hərəkət varsa, deməli, təminat olmalıdır. Eyni münasibət səkilərdəki, piyada xətlərindəki və avtobus dayanacaqlarındakı yanlış parklamalara qarşı da göstərilməlidir. Bir sözlə, hərəkətə maneə yaradan istənilən avtomobil sahibi cərimə olunmalıdır. Əgər eyni hal təkrarlanarsa, o zaman sürücülük vəsiqəsindən müvəqqəti məhrum olunmalıdır.

Bundan başqa zolaqlarda xüsusi qurğularla və ya plastik sədlərlə fiziki ayırmalar etmək lazımdır ki, kimsə ora daxil ola bilməsin, nəticədə skuter və velosiped sürənlər rahat hərəkət edə bilsinlər".

Ekspert bildirib ki, az xərc çəkib, bu cür alternativlərdən istifadə etməklə tıxacdan qurtulmaq mümkündür:

"Üstəlik, vətəndaşları buna yönləndirmək və təşviq etmək lazımdır ki, onlar bu cür ucuz və sərfəli imkanlardan istifadə etməklə, öz səfərlərini təşkil etsinlər. Hazırda paytaxtın müəyyən yerlərində skuterlər icarəyə verilir. Bu da vətəndaş üçün əlavə imkan deməkdir. Hətta skuterlərin parklanma yerləri yaradıla bilər. İş olan yerdə səhvlər də olacaq, amma əsas odur ki, işə başlayaq".

Onun sözlərinə görə, əgər bu xətlər olmasa, şəhərdə xaos yaranacaq:

"Bu xətlər olmasa, vətəndaşlar həm yolun hərəkət hissəsində, həm də səkilərdə qaydasız şəkildə öz yollarında hərəkət edəcəklər. Hazırkı işlər başa çatdıqdan sonra isə onların qarşısında müəyyən tələblər də qoyulacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 608   Tarix: 21 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr