Nizami Rəmzinin qızı: "Namiq Qaraçuxurlu atamla bağlı verilişə gəlmədi, Rəşad Dağlı isə..."

Nizami Rəmzinin qızı: "Namiq Qaraçuxurlu atamla bağlı verilişə gəlmədi, Rəşad Dağlı isə...""Atamı itirəndə 19 yaşım var idi. 49 yaşında dünyasını dəyişdi. Bu gün 76 yaşı tamam olur. 50 yaşında özünə yubiley keçirmək istəyirdi. Hazırlaşırdı, ona təklif də etmişdilər. Çox arzuları yarım qaldı. O vaxtı da atamın ən məşhur vaxtları idi. Televiziya kanallarından dəvətlər gəlirdi, tez-tez verilişlərə çıxırdı, konsertlər verirdi. Atam meyxanadan avara sözünü götürdü. Onun təqdimatında meyxanaya hörmət artdı".

Bunu Moderator.az-a məşhur meyxanaçı Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib:

"Atamı itirdiyimiz gün bizim üçün dəhşətli gün idi. O günlərin şahidiyəm. Hər şey gözəl, elə yolunda gedirdi ki. Planları çox idi. Heç kim gözləməzdi ki, Nizami Rəmzi nə vaxtsa belə tez öləcək. Biri var ki, insan xəstə olsun, onun ölümünə hazır olasan. Biri də var ki, avtomobil qəzasında həlak olur. Dedilər ki, guya bilərəkdən Kəbiri də, Nizamini də öldürüblər. Bunların hamısı fərziyyələrdir. Biz sonradan bildik ki, qəzaya düşdükləri ərazi çox təhlükəli yoldur".

Heyran Baxşıyeva "O üz" verilişində Namiq Qaraçuxurlunun ünvanına səsləndirdiyi fikirlərə də aydınlıq gətirib.

"İnsanlar səhv başa düşüb. Onlar elə biliblər ki, Namiq Qaraçuxurlu atamla bağlı verilişdə iştirak etməkdən imtina etdiyi üçün onun ünvanına mən fikirlər səsləndirmişəm. Əlbəttə ki, xeyr! Namiq Qaraçuxurlu verilişə gəlsəydi, guya nə olacaqdı ki?! Gəlmədi, amma veriliş yarım qalmadı ki. Dünya üçün kiçik, Namiq Qaraçuxurlular üçün böyük məsələ ola bilər. Amma mənim üçün yox! Minnətin olsun ki, səni Nizami Rəmzi kimi ustadın verilişinə dəvət edirlər. Halbuki sən onu heç qazanmamısan. O gərək deyərdi ki, "mən kiməm ki, Nizami kimi meyxana ustadından nəsə gəlib danışım?". Mən bu sözü başa düşərdim. Onun yalan danışmağı mənə pis təsir etdi ki, deyib Moskvadayam. Müsahibə də istəyiblər, verməyib. Verilişə naz edib. Nizamidən danışa-danışa sənətə gəlirlər, sonra onun haqqını danırlar. Bu ucuz hərəkətdir. 5-10 ildən sonra onların hamısı yaddan çıxacaq. Amma Nizami hər zaman yaddaşlarda yaşayacaq. Nizami Rəmzi Əliağa Vahid haqda meyxanalar deyirdi. Çünki ondan əvvəl bu sənətdə olan qəzəlxan olub. 20-30 il də keçsə, Nizamiyə də hörmət edirlər. Üç badam bir qoz mahnılarla siz hara kimi gedəcəksiniz?! Nizami öləndən sonra hər yerdən göbələk kimi bir meyxanaçı ortalığa çıxdı. Nizaminin kasetlərini qabaqlarına qoyub öyrəndilər. Amma onun haqqını itirməyənlər də oldu. Rəşad Dağlı qədər bu sahədə düzgün, səmimi adam tanımıram. O heç bir məqsəd, təmənna güdmədən Nizaminin adını həmişə çəkib. Rəşad Dağlını gözləri götürmür. Çünki düzgün insandır. Hətta bir qohumumuz zəng edib onu toya dəvət edib, vaxtı və məkanı soruşub, pulsuz gəlib iştirak edib. Rəşad belə qabiliyyətli insan olub. Həmin insan Namiq Qaraçuxurluya da zəng etmişdi. Nizaminin qohumu olduğunu deməsinə baxmayaraq, 10 min manat istəmişdi ondan. Nizami meyxananı üzə çıxarmasaydı, ona musiqi qatmasaydı, bu gün meyxanaçılar harada işləyirdilər görəsən?! Bu maraqlıdır. Elçin Maştağalı da hər zaman Nizaminin sənətindən faydalandığını deyib", - deyə meyxanaçının qızı deyib.

Heyran Baxşıyeva daha sonra onun ünvanına sosial şəbəkələrdə rəy bildirən izləyicilərdən danışıb.

"Yazırlar ki, "gedib bacısının dərdini çəksin". Bacımın dərdini çəkib-çəkməməyimi haradan bilirlər?! Bacımın dərdini çəkmişəm ki, o hal-hazırda reabilitasiya mərkəzində müalicə olunur. 40-42 yaşında qadındır. Pis vərdişlər də xəstəlikdir. Hamının yaxınlarının başına gələ bilər. Reyhan toylara gedirdi, pul qazanırdı. Altında maşını da var idi. Mən nə biləydim ki, hansısa mərdimazar onu bu pis vərdişlərə qurşandırıb. Mən də hamı kimi sonradan xəbər tutdum. Bizdən uzaqlaşmışdı, telefonlarımıza cavab vermirdi. Şübhələnmişdik ki, o nəsə düz yolda deyil. Mən ayrı evdə yaşayıram, o ayrı yerdə. Bacımın dərdini çəkmişəm, narahat olmayın. Bu söhbəti biləndə məndən çox ağlamısınız?! Bilib-bilmədən kiminsə həyatına qarışmayın, gühandır" deyə sənətkarın qızı bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1225   Tarix: 21 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr