"Televiziyalar bayağı hərəkətlər ilə həqiqi informasiyadan çox uzaqlaşıblar" - EKSPERT

"Televiziyalar bayağı hərəkətlər ilə həqiqi informasiyadan çox uzaqlaşıblar" - EKSPERTDünyada ənənəvi jurnalistika öz formasını dəyişir. Televiziya kanalları rəqəmsal platformalar qarşısında öz mövqeyini itirdikcə, daha çox əllərində olan başqa variantlardan istifadə edirlər. Son zamanlar bəzi televiziya kanallarında yayımlanan verilişlərdə efir mədəniyyətinə xas olmayan hərəkətləri, bayağılığı nümayiş etdirirlər. Bu kimi hallara verilişlərdə qonaqların üzərində olan geyimlərin qiymətlərinin soruşulması, şou xatirinə edilən davranışlar aiddir. Bu kimi hallar tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Bunlardan biridə şou-biznesin məşhur cütlüyü müğənnilər Musa Musayev və Təranə Qumral efirdə etdikləri hərəkətləri ilə gündəmə səs salmasıdır. Belə ki, Musa Təranəni qucağına alıb və hündürlüyə qaldırıb. Onun bu hərəkəti isə sosial şəbəkələrdə müzakirə olunub.

Mövzu ilə bağlı, jurnalist-vəkil Ələsgər Məmmədli açıqlama verib. Onun sözlərinə görə, bu mövzu çox şaxəli mövzudur və bir tərəfi yoxdur:

"Məsələ sadəcə efirdə davranış yaxud ifadə və hərəkət deyil. Məsələ televiziyanın mövzu baxımından nə qədər keyfiyyətli kontent təqdim edib-etməməsidir. Ola bilər ki, bir nəfər çox yaxşı kostyum geyinib, yaxşı qalstuk taxır. Amma danışanda yalan danışır, verdiyi məlumatın heç bir əsası yoxdur və propaqanda ilə məşğuldur. Buda efir mədəniyyətsizliyidir. Hərəkətlərinə baxmamaq və bayağı danışmaq, mədəniyyət sərhədlərindən kənara çıxmaq, jarqon ifadələrdən istifadə etməkdə eyni nəticədir".

Ekspert bildirib ki, efir mədəniyyəti dedikdə bəzənmək və gözəl cümlələr işlətmək deyil. Eyni zamanda doğrusunu danışmaq, balanslı olmaq və obyektiv yanaşmadır:

"Azərbaycanda təəssüf ki, birincini daha çox üzərinə gedilir və deyilir ki, efirə yaraşmayan hərəkətlər edilir. Məsələn: şpaqat açılır, ailə təhqir olunur, "dram" yaradılır və s. Amma nədənsə əsas bilavasitə televiziyanın öz funksiyası olan, əslində cəmiyyətə doğruları çatdırmaq olan məsələdən kənar hərəkət edərək gecə gündüz 24 saat propaqanda ilə məşğul olanlar, böhtan atanlar müzakirə predmeti olunmur. Ona görə düşünürəm ki, həqiqətən televiziya cəmiyyətin aynası olmaq istəyirsə, sosial, hüquqi, iqtisadi problemləri efirə daşıya bilməlidir. Cəmiyyətdə olan fərqli siyasi görüşləri efirlərə verilməlidir. Problemlərin həlli ilə bağlı gerçək müstəvi olmalıdır. Problemlərlə bağlı gerçək müstəvi olmalıdır. Əsas məsələ tərəflərə müstəvini yarada bilməlidir. Belə olarsa, televiziyalar həqiqətən itirdikləri reytinqi və imici qaytara bilərlər.

Ələsgər Məmmədli qeyd edib ki, Azərbaycan cəmiyyətində insanlar arasında televiziya informasiya təminatı aspektindən yer tutmur:

"Daha çox sosial media üstün gəlir. Buna görə televiziyalar həqiqi informasiya təminatı funksiyasından çox uzaqlaşıblar. Həm bu bayağı hərəkətlər , həm də qeyr-peşəkar verilişlər bu amillər daxildir. Problemləri aradan qaldırmaq və sosial mediada uduzduğu yeri bərpa etmək üçün peşəkar olmaq lazımdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2903   Tarix: 21 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr