Aleksandr Perenciyev: "Ermənistandan "anti-İran" və "anti-Türkiyə" yaratmağa cəhd edə bilərlər" - MÜSAHİBƏ

Aleksandr Perenciyev: "Ermənistandan "anti-İran" və "anti-Türkiyə" yaratmağa cəhd edə bilərlər" - MÜSAHİBƏ"Ermənistan parlamentindəki "Ermənistan" müxalifət fraksiyasının üzvü Anna Qriqoryanın bəyanatı göstərir ki, İrəvanın özündə də bu respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalması ilə bağlı fikir mübadiləsi gedir".

Bunu Oxu.Az-a açıqlamasında hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin siyasi analiz və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

Qeyd edək ki, Anna Qriqoryanın fikrincə, Qərb Ermənistana münasibətdə KTMT mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil və buna görə də ciddi geosiyasi mərkəzlər hesab edirlər ki, İrəvanın təşkilatdan çıxmasını hələlik elan etməyə ehtiyac yoxdur.

Aleksandr Perenciyev hesab edir ki, Ermənistanda rəsmi İrəvanın KTMT-nin tərkibində olmasının onun milli maraqlarına cavab verdiyi və milli təhlükəsizliyinin qorunmasına töhfə verdiyi qənaətində olan siyasi qüvvələr var:

- Ancaq bu fikir ümumi deyil. Ermənistan rəhbərliyi iki istiqamətdə fəaliyyət göstərir. Bir tərəfdən, o, təşkilatdan çıxması ilə bağlı rəsmi açıqlamalar verməyə tələsmir. Əksinə, belə bir niyyətinin olmadığını bəyan edir. Amma digər tərəfdən, o, təşkilatın rəsmi sammit və forumlarında iştirak etməmək şəklində KTMT-dən getdiyini nümayiş etdirir, təşkilat daxilində keçirilən hərbi təlimlərdə iştirakdan və təşkilindən yayınır. Yəni belə çıxır ki, rəsmi İrəvan de-yure KTMT-nin üzvü olaraq qalır, lakin de-fakto qurumun işində iştirak etmir. Əslində, bu üzvlüyü sabotaj edir.

- Yeri gəlmişkən, Qərb Ermənistanda mövcudluğunu artırır və bu, İrəvan tərəfindən müsbət qarşılanır. Ermənistanda Avropa müşahidə missiyası böyüyür ki, bu da qonşu dövlətlərin xoşuna gəlmir. İrəvanın hansı istiqamətdə getdiyi barədə anlayışınız varmı?
- Rusiya rəhbərliyi bu məsələ ilə bağlı mövqeyini hələ dəqiq aydınlaşdırmayıb. Bununla belə, ehtimal etmək olar ki, "kollektiv Qərb" rəsmi İrəvanı Rusiyadan və KTMT-dən qoparmaq istəyir. Mən rusiyalı həmkarlarımın ABŞ-nin Ermənistandan ikinci "anti-Rusiya"nı "yaratmaq" istəməsi ilə bağlı fikirlərini tam bölüşmürəm.

Bununla belə, güman etmək olar (və əsas söz budur) ki, Qərb rəsmi İrəvanı Moskvadan ayıraraq, ondan "anti-İran" yaratmağa çalışacaq. Axı Ermənistanın geosiyasi mövqeyi bunun üçün kifayət qədər əlverişlidir. Təbii ki, insanlar mənə etiraz edə bilərlər: deyərlər ki, rəsmi Tehranla İrəvan arasında kifayət qədər yaxşı qonşuluq münasibətləri var. Amma son vaxtlara qədər Ermənistanın da Rusiya ilə kifayət qədər mehriban münasibətləri olub. Cənubi Qafqazda "anti-İran" dövlətin olması isə ABŞ-nin uzun müddətdir ki, rəsmi Tehrana qarşı, xüsusən də proksi qüvvələrlə müharibəyə başlamaq planlarına tam uyğundur.

Əlavə edərdim ki, Fransa da Ermənistanın simasında "anti-Türkiyə" şəklində öz siyasi layihəsini yaratmaq istəyərdi. Amma hələlik ABŞ və Fransanın bu planlarının qarşısını alan Rusiyadır. Ona görə də İrəvanı anti-Rusiya məcrasına yönəltməyə, Moskvadan və KTMT-dən qoparmağa çalışırlar.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 723   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr