"İlham Əliyev Azərbaycan üçün böyük işlər reallaşdırdı" - Binəli Yıldırımla MÜSAHİBƏ
"Cənab Prezident İlham Əliyevə sağlam, huzurlu illər arzulayıram.İlham Əliyev Azərbaycan üçün böyük işləri reallaşdırdı.O, 30 il qan yaramız olan Qarabağ problemini həll etdi.İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Qarabağ döyüşündə Azərbaycan ordusu işğal olunmuş əraziləri geri qaytardı."Qarabağ Azərbaycandır!" şüarı reallığa döndü.İndi Azərbaycan, Türkiyə digər türk dövlətləri ilə bərabər Qafqazda, Orta Asiyada, Anadoluda və Balkanlarda daha güclü türk birliyi yarandı. İyirmi birinci əsr Türk əsri, türklərin əsri olacaq".
Bu sözləri Manset.az-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
O, daha sonra açıqlamasında bildirib:
"İqtisadiyyat, nəqliyyat, gənclik, sağlıq, sosial, turizm sahəsində fəaliyyətimiz davam edəcək. Mərhum Heydər Əliyevin dediyi kimi "Biz bir millət, iki dövlət" şuarı ilə birliyimiz, bərabərliyimiz daha da artaraq, davam edəcəkdir.Prezident İlham Əliyevin uzun illər Can Azərbaycana və ordakı qardaşlarımıza uğurla xidmət edəcəyinə ürəkdən inanıram".
Binəli Yıldırım İlham Əliyevlə bağlı xatirələrini də bölüşüb:
"İlham Əliyevlə hər görüşümüzün unudulmaz xatirələri var.Həm Türkiyənin, həm Azərbaycanın birliyi və rifahı üçün birlikdə gözəl işlər gördük.Məsələn Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi ilə bağlı çox gözəl xatirələrimiz var.İlham Əliyevin siyasi iradəsi olmasa bu layihə həyata keçməzdi.Bu layihənin içərisində olan iqtisadi və siyasi məsələlərlə bağlı bütün məsuliyyəti üzərinə götürən Cənab Prezident İlham Əliyev oldu. Ona öz təşəkkürlərimizi çatdırırıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb