Prezident: "Azərbaycan ilə İsveçrə arasındakı əlaqələrə böyük əhəmiyyət veririk"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.
İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də Sizə və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb