Polis bölmələrində qeydiyyatdan çıxarılan vətəndaşlar səsvermədə necə iştirak edəcəklər?
Paytaxtda polis bölmələrində müvəqqəti qeydiyyatda olan vətəndaşlar son günlər qeydiyyatda olduqları ünvandan çıxarıldıqlarına dair paylaşımlar edirlər. Onlar, xüsusilə də, fevralın 7-də keçiriləcək prezident seçkisində səsvermə hüquqları ilə bağlı məsələnin hansı formada həll olunacağını öyrənmək istəyirlər.
Qanunla qeydiyyatda olmayan şəxslərin şəxsiyyət vəsiqələri səsvermə üçün aktiv hesab olunmur.
Bəs bu vətəndaşlar seçki günü necə səs verəcəklər? Onların adına olan bildiriş vərəqələri hara və necə göndəriləcək?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əhalinin təhlükəsizliyinin təminatına dair keçirilən onlayn formatda əməliyyat müşavirəsi zamanı bu məsələyə də baxılıb:
"Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.
Belə ki, seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verilib. Mövzu ilə əlaqədar nazirliyə ünvanlanan müraciətlər qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğu təmin edilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Bu ölkəyə getmək üçün viza lazım olmayacaq
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
Unikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO
Cenifer Lopes bu kostyumu ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
24 yaşlı oğlanı cərəyan vurub öldürdü
Nə peyvəndi var, nə də müalicəsi: Yeni ölümcül virus
Bulvarda yeni xidmət: Elektrik mühərrikli retro faytonlar istifadəyə verildi