TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına da imkan yaradır.
Son illərdə TDT çərçivəsində enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının inkişafı əsas əməkdaşlıq istiqamətlərindən birinə çevrilib. Etibarlı nəqliyyat bağlantıları və enerji təhlükəsizliyi regional sabitlik və iqtisadi inkişaf üçün mühüm amillərdən hesab olunur.
Azərbaycan isə əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat-enerji infrastrukturu ilə bu prosesdə xüsusi rol oynayır. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxışında tranzit imkanları təqdim edir, eyni zamanda, Avropa ilə Asiyanın qovşağında yerləşməsi sayəsində türk dövlətləri arasında nəqliyyat, logistika, enerji və ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm istiqamətlərdən biridir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında əldə etdiyi təcrübə və formalaşdırdığı infrastruktur ölkənin regional enerji təhlükəsizliyində rolunu artırır. Bu imkanların nəqliyyat bağlantıları ilə tamamlanması isə Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir. Bu baxımdan nəqliyyat və enerji təhlükəsizliyi sahəsində TDT-nin rolu getdikcə artır.
Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edən zaman təşkilata üzv ölkələrin yerləşdiyi geniş coğrafiyanın enerji və nəqliyyat baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, TDT məkanından həm üzv ölkələr, həm də daha geniş region üçün əhəmiyyətli enerji və nəqliyyat dəhlizləri keçir. Onun sözlərinə görə, enerji təhlükəsizliyi və etibarlı nəqliyyat bağlantıları bu gün ümumi təhlükəsizliyin əsas elementlərindəndir. Ölkə başçısı Azərbaycanın bu prosesdə xüsusi rolunu da qeyd edib. Prezidentin sözlərinə görə, Azərbaycan həm enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında, həm də Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi vasitəsilə dünya bazarlarına çıxışında mühüm mövqeyə malikdir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi ölkəyə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, eyni zamanda, türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafına töhfə vermək imkanı yaradır.
Dövlətimizin başçısı qeyd edib ki, TDT ölkələrinin potensialı və onların yerləşdiyi coğrafi mövqe təşkilatın beynəlxalq nəqliyyat və enerji məsələlərində rolunun daha da gücləndirilməsi üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə edilməsi Türk dövlətləri arasında qarşılıqlı əlaqələrin, ticarətin və iqtisadi əməkdaşlığın daha da genişlənməsinə xidmət edə bilər.
Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın güclənməsinə və bütövlükdə regionun inkişafına töhfə verən ölkələrdəndir. Bu baxımdan Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan regional nəqliyyat və logistika infrastrukturunun inkişafına xüsusi dəstək nümayiş etdirib. Bir tərəfdən Azərbaycanın coğrafi mövqeyi, digər tərəfdən Azərbaycanın regionda formalaşdırdığı yeni düzən birmənalı şəkildə türk dövlətlərinin yaxınlaşmasına və inkişafına dəstək kimi xarakterizə olunur. Azərbaycan həm nəqliyyat və logistika, həm də enerji resurslarının daşınması sahəsində regionda xüsusi mövqeyə malik dövlətlərdən biridir.
Ölkəmiz bu istiqamətlərdə həm tranzit ölkə, həm də mənbə ölkə kimi çıxış edir. Bu amillər Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarır. Xüsusilə yeni düzən kontekstində Azərbaycanın regional orta güc dövləti kimi geosiyasi mövqeyinin daha da güclənməsi müşahidə olunur. Eyni zamanda, bu, bütövlükdə nəqliyyat bağlantıları, həm də türk dövlətlərinin inkişafı və türk dövlətləri arasındakı ticarət və iqtisadi əlaqələrin genişlənməsi baxımından vacibdir.
Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədir. Özbəkistanla ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənib. TDT-yə üzv digər türk dövlətləri ilə əlaqələr üzrə də müəyyən hədəflər mövcuddur. Bütün bunlar ona xəbər verir ki, türk dövlətlərinin yaxınlaşması, inkişafı və türk dövlətləri arasında əlaqələrin genişlənməsi aydın və ölçüləbilən hədəflərlə reallaşır. Azərbaycan da məhz bu hədəflərin gerçəkləşməsinə xüsusi töhfə verən ölkələrdəndir.
Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya