Türk bazasına hücumun arxasında bu ölkələr dayanır – General
Dünən İraqın şimalında "Pəncə-Kilid" hərəkatı bölgəsində ölkəmizin hərbi bazasına terrorçuların hücumu nəticəsində 9 şəhidimiz var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General Türkiyənin heç vaxt terrorçular və onu dəstəkləyənlərin qarşısından geri çəkilməyəcəyini vurğulayıb:
"Türkiyənin terrorla mübarizəsi 1984-cü ildən bəri fasiləsiz şəkildə davam edir. Terrorçuların son hücumu ilk deyil, yenə də olacaq. Anadoluda min ildir ki, bu mübarizəmiz davam edir və terrorçuların, onları dəstəkləyənlərin hücumları bizi yolumuzdan çəkindirə bilməz. Biz mehmetciyin şəhid olmasına, qazi olmasına üzülürük. Hücumun arxasında Yaxın Şərqi yenidən dizayn etmək və toqquşmanı, müharibəni bütün bölgəyə yaymaq istəyən başda ABŞ və Fransa olmaqla, imperialist güclər dayanır. Çünki PKK, PYD terror təşkilatlarını quran, onu silah-sursatla təmin edən, təlim keçən, kəşfiyyat məlumatları verən ABŞ-dır. Türkiyə boyun əymədikcə, dik durduqca, özünün və dostlarının hüquqlarını müdafiə etdikcə ABŞ da bunun əvəzini bu yollarla çıxmağa çalışır. Çünki son 10 ildə ABŞ-ın Qarabağdan Liviyaya və Ukraynaya qədər olan böyük bir ərazidəki öz hegemonluğuna hesablanmış olduğu planlarda qırılmalar meydana gəlib. Türkiyəni günahkar gördükləri üçün bəzən iqtisadi, bəzən də hərbi sahədə ölkəmizə qarşı düşmən addımlar atırlar. Ancaq belə hücumlar bizim əzmimizi sındıra bilməz. Daha qüvvətli şəkildə son terrorçu məhv edilənədək mübarizəyə davam edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1350 Tarix: 13 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabr