Ziyafət Əsgərov: Prezidentin birmənalı mesajından həm Ermənistan, həm də Fransa nəticə çıxarmalıdır

Ziyafət Əsgərov: Prezidentin birmənalı mesajından həm Ermənistan, həm də Fransa nəticə çıxarmalıdırAzərbaycan Prezidenti İlham Əliyevin birmənalı mesajından həm Ermənistan, həm da Fransa lazımı nəticə çıxarmalıdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin formatı dövlət başçısının mediaya açıqlığı, tam açıq mühitin mövcudluğunu özündə əks etdirir. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun unikal formasıdır: "Müsahibə həm də Prezidentin Azərbaycan mediasına verdiyi dəyər və qiymətin göstəricisidir. Prezident, Ali Baş Komandan Vətən Müharibəsi zamanı da xalqla birbaşa dialoqa üstünlük verib. Ali Baş Komandanın həmin günlərdə televiziya vasitəsi ilə müraciətləri, tvitləri, beynəlxalq mediaya müsahibələrini xatırlamaq kifayətdir".

Ziyafət Əsgərov Prezidentin yerli televiziya kanallarına müsahibəsində xalqımıza və dünyaya mühüm mesajlar verdiyini söyləyib: "Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda duran növbəti vəzifə bütün ərazilərimizdə suverenliyimizin bərpası idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti ərzində bu vəzifə də əslində çox qısa müddətdə - 3 il ərzində öz həllini tapdı. 2023-cü ilin sentyabrında keçirilmiş antiterrər tədbirlərinin qısa müddətə uğurla başa çatmasında düşünülmüş və peşəkarlıqla həyata keçirilmiş əməliyyatlar nəticəsində 2021, 2022-ci ildə nəzarətə götürülən yüksəkliklər və Laçında Azərbaycan postunun qurulması əhəmiyyətli rol oynadı. Beləliklə, dövlət başçısının da qeyd etdiyi kimi, Qarabağ probleminin həlli, 2023-cü il sentyabrın 20-də antiterror tədbirlərinin başa çatmasından sonra müasir tariximizin yeni dövrü başladı".

Milli Məclisin komitə sədri hazırda qarşıda duran əsas məsələnin Ermənistanla sülh müqaviləsinin imzalanması olduğunu nəzərə çatdırıb: "Azərbaycan sülh müqaviləsi ilə bağlı heç bir zəmanətçilərə ehtiyac duymur və sülhün ikitərəfli formatda imzalanmasının tərəfdarıdır. Bu zaman onu da nəzərə almaq lazımdır ki, 1918-ci ildə İrəvan şəhəri, sovetləşmədən sonra Zəngəzur Ermənistana verilib, sovet illərində bu proses davam edib və sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilib. Məhz buna görə Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi üçün ötən əsrin 70-ci illərin xəritələrini əsas götürmək istəyir. Azərbaycan bununla razı ola bilməz. Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və Cümhuriyyət dövrünün xəritəsini əsas kimi götürməyə də haqqı var. Azərbaycan Prezidenti müsahibədə Ermənistana və dünyaya mühüm mesajlar verdi. Digər tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın təklifi Ermənistanın suverenliyinə təhdid deyil, sadəcə, bu öhdəlikdən boyun qaçıran erməni tərəfi əsassız bəhanələr gətirir. Azərbaycanın təklifi beynəlxalq təcrübəyə əsaslanır. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycandan Azərbaycana (Naxçıvana) gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir, digər ölkələrə gedən yüklərə görə isə gömrük rüsumları ödənilməlidir. Ermənistanın alternativ olaraq irəli sürdüyü "sülh qovşağı" layihəsi avantüradır, hava şəraiti və relyefə görə bu marşrut yararsızdır. Azərbaycan Prezidenti bəyan etdi ki, əgər Zəngəzur dəhlizi açılmasa, Azərbaycan Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyil. Bu, İrəvana birmənalı mesajdır. Əgər Ermənistan Azərbaycanın bu məqbul təklifi ilə razılaşmazsa, nəqliyyat-kommunikasiya xətlərindən, regional və qlobal layihələrdən yenə kənarda qalacaq, yenə sadəcə, dalan olacaq".

Ziyafət Əsgərov vurğulayıb ki, Fransa tərəfindən Ermənistanın silahlandırılması, yeni müharibəyə hazırlıq yalnız Ermənistanı növbəti fəlakətlə üz-üzə qoya bilər: "Azərbaycan Prezidentinin bu yöndə birmənalı mesajından həm Ermənistan, həm da Fransa lazımı nəticə çıxarmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 915   Tarix: 14 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr