Azərbaycanda boşanmalar niyə artır? - ARAŞDIRMA

Azərbaycanda boşanmalar niyə artır? - ARAŞDIRMAƏdliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Statistikalardan məlumdur ki, boşanmaların artdığı ölkəmizdə ailə anlayışı, dəyərləri mənasını itirir. Bəs boşanmaların artmasının səbəbi nə ilə bağlıdır?

EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova Sonxeber.az-a bildriib ki, evliliyin hüququ cəhətdən son verilməsi olan boşanma, bir çox səbəbdən həyata keçməkdədir:

Azərbaycanda boşanmalar niyə artır? - ARAŞDIRMAƏvvəllər qəbul edilməz hal sayılan boşanma, günümüzdə evlilik qədər normal hal almağa başlamışdır. Belə ki, əvvəllər tərəflərin xoşbəxt olmadığı halda, sırf başladığı üçün münasibətlərini davam etdirdiyi vəziyyət, "bu gün münasibətə başlamış olmaq davam etmə məcburiyyəti vermir" yanaşmasıyla əvəz olunur. Bundan başqa hazırda sıxıntılara olan dözümlülük azalmaqda, şəxslərin həyatdan və evlilikdən gözləntiləri artmaqdadır. Qadının ekonomik cəhətdən müstəqil olması, onu xoşbəxt olmadığı evliliyi məcburi şəkildə davam etdirməkdən də, xilas etmişdir".

Psixoloqun sözlərinə görə, tədqiqatlar partnyorların yaşadığı ünsiyyət problemlərini, zəif problem həll etmə bacarığını, cinsi və emosional təlabatların ödənməməsini boşanma səbəbləri kimi göstərib:

" Eyni zamanda təməl məsuliyyətlərin yerinə yetirilməməsi, fiziki, psixoloji və ekonomik şiddət, uşaq sahibi ola bilməmə, ailələrin evliliyə müdaxilə etməsi də, səbəblər arasında yer almaqdadır. Alkoqol, maddə və qumar kimi asılılıqlar da, ailənin rifahını pozaraq, ayrılığın yaranmasına gətirib çıxarmaqdadır. Boşanmanın görünən səbəbləriylə yanaşı çox vaxt çevrədəkilər tərəfindən görülməyən səbəbləri də vardır ki, bura psixoloji şiddəti, emosional ehtiyacların ödənməməsini nümunə göstərə bilərik.Ümumiyyətlə, sağlam münasibətdə partnyorların duyğu və düşüncələrini bir-birinə hörmət çərçivəsində açıq şəkildə ifadə etməsi gərəkməkdədir. Çox zaman "mən demədən o başa düşsün" düşüncəsi real olmayan gözlənti yaratdığı üçün incikliklərə səbəb ola bilir".

Ayşən Bayramova qeyd edib ki, zamanla isə tərəflər bir-birindən qopa bilirlər. Münasibətdə sağlam ünsiyyətin əksikliyi, boşanma üçün tətikləyici rol oynaya bilir:

"Gündəlik həyatın verdiyi yorğunluq səbəbiylə partnyorlar bir-birinə vaxt ayıra bilməyə bilirlər. Bu cür halda keçici uzaqlıq normal sayılsa da, uzunmüddətli fiziki və emosional uzaqlıq, cütlüklərə boşanma qərarını verdirə bilir. Evlilik qədər boşanmaq da təbii hal olsa da, şəxslərə zərər verən və sarsıdıcı bir müddət sayılır. Bu səbəblə, həm boşanma səbəbləri həm də evlilik müddətində yaşanan neqativ yaşantıların verdiyi çətinliyin öhtəsindən sağlam şəkildə gəlmək üçün psixoloji dəstəyə ehtiyac duyula bilir".

Sosial işçi Sənubər Osmanova hesab edir ki, Evlənən cütlüklərin heç biri boşanmaq düşüncəsi ilə ailə həyatı qurmurlar. Boşanmada evlilik kimi təbii bir prosesdir və qaçılmaz haldır:

Azərbaycanda boşanmalar niyə artır? - ARAŞDIRMA"Bəzən evlilikdən qısa müddət sonra boşanma hallarını müşahidə edirik. Bu hal biz sosial işçiləri düşündürür və məyus edir. Günü-gündən artan, ailənin dağılmasına şərait yaradan boşanmaların sayı bizi düşündürür. Ölkəmizdə boşanmaların sayının artması, buna səbəb olan hallar müxtəlif aspektlidir. Bu hallar arasında mən deyərdim ki, məişət zəminində zorakılıq faktı dayanır. Bu təbii ki, qadına şiddət, zorakılığın müxtəlif növləri ola bilər. Daha sonra boşanmaya səbəb olan digər amil reproduktiv sağlamlıq problemidir. Digər adı ilə desək "sonsuzluq" məsələsidir. Bu gün bilirik ki, ailələrimizi ayaqda saxlayan uşağın olmasıdır. Azərbaycan ailələri ənənəvi ailələrdir. Burada ailənin tamlığını uşaqdan asılı olduğunu düşünürük. Ona görə də uşağın olmaması ailənin dağılması ilə birbaşa əlaqələndirilə bilər. Digər bir hal kimi zərərli maddə aludəçiliyidir. Dövrün əsas və ailənin dağılmasında problemlərindən biri olaraq götürülə bilər. Gənclərimizin narkotikə aludəçiliyi, narkotik istifadəsi təbii olaraq ailənin dağılması ilə nəticələnir. Bundan başqa, ailənin dağılmasında daha çox eşitdiyimiz biri də qısqanclıq və xəyanət məsələsidir. Bu sadaladıqlarımın əksəriyyəti statistik faktlardır".

Sənubər Osmanova məsələyə fərqli bir askpektdən yanaşaraq maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, bu gün başqa prizmadan baxsaq müşahidə edirik ki, ailə dəyərlərimiz öz hökmünü itirməyə başlayır. İnsanlar ailə həyatı qurmağı çox sadələşdirirlər. Ailənin məsuliyyətini dərk etməməyə başlayırlar:

"Xüsusən də gənclərin erkən nikaha meyilliliyi, ailə məsuliyyətini anlamaması ailə institutunun dağılmasına səbəb olur. Onlar valideynlərin məcburiyyətindən yaxud öz həvəsləri naminə erkən nikaha daxil olurlar. Erkən nikahda ailələrin dağılması ilə nəticələnən faktlara daxildir. Bundan başqa ailədə maddiyyat problemi ailənin dağılmasını sürətləndirir. Bilirik ki, müasir dövrdür. Qadınların, uşaqların tələbatı getdikcə artmağa başlayır. Ödənilməyən tələbatlar isə qadın və kişi münasibətinin pozulmasına səbəb olur, ailənin dağılması ilə nəticələnir. Onuda qeyd etmək istəyirəm ki, maddi sıxıntı ailədə hörmətsizliyi və əksər hallarda anlaşılmazlığı yaradır. Bu zaman artıq maraqlar toqquşur. Bu amillərin hamısı birləşərək ailənin dağılmasını sürətləndirir. Düşünürəm ki, insanlar ailə qurmazdan öncə ailə dəyərlərini üstün tutmalı və məsuliyyəti dərk etməlidirlər. Bunu dərk etdikdən sonra ailə həyatı qurmalıdırlar. Buna həm psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni bu iki amil biri-birini tamamlamalıdır. Bunlar olduğu təqdirdə, gənclər öz partnyorlarını seçdikdə hörmət və anlayış balansı qorunub saxlanır və ailə məsuliyyəti dərk olunursa o zaman ailələrdə boşanmaların sayı da azala bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1688   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr