"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib.
İddiaçı bildirib ki, klinikada üst çənəsinə 5, alt çənəsinə isə 4 implant qoyulması, onların üzərinə ümumilikdə 26 keramika diş hazırlanması barədə razılıq əldə edib. Bu məqsədlə əvvəlcədən 6400 manat ödəsə də, tibbi xidmət tam və lazımi qaydada göstərilməyib. Onun sözlərinə görə, müalicəni həyata keçirən Tural Əhməd adlı həkim işi başa çatdırmayıb.
İlqar Mustafayev klinikanın rəhbəri Gövhər Mustafayevaya müraciət etdikdən sonra problemin 12 gün ərzində həll ediləcəyinə söz verildiyini, lakin nəticənin dəyişmədiyini bildirib. O, həmçinin həkimin icazə sənədi olmadığına görə klinikadan uzaqlaşdırıldığını iddia edib.
Məhkəmə-tibbi ekspertizasının rəyində müəyyən edilib ki, pasiyentin alt çənəsində 4, üst çənəsində isə 5 implant yerləşdirilib. Lakin ortopedik konstruksiyalar optimal hazırlanmayıb, implantların yerləşdirilməsi və protezləmə mərhələsində texniki çatışmazlıqlar olub. Müalicə tam başa çatmayıb, konstruksiyalar funksional və texniki baxımdan qənaətbəxş hesab edilməyib.
Ekspertlər implantların çıxarılmasını tələb edən cərrahi ağırlaşma müəyyən etməsələr də, mövcud protezlərin yenidən hazırlanmasını və implantoloji reabilitasiyanın tamamlanmasını tövsiyə ediblər.
Səbail Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, "Esthederm Dental" klinikasının sahibi olan "Esthederm Medical" MMC-dən İlqar Mustafayevin xeyrinə 6200 manat, dövlət rüsumunun əvəzi kimi isə 82 manat, ümumilikdə 6282 manat tutulmalıdır.
Qeyd edək ki, "Esthederm Medical" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Gövhər Maksim qızı Mustafayevadır. Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Salyan döngəsi 2, ev 11A-dır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 57 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr