20 YANVAR- Qərənfilin ağladığı gün!

20 YANVAR- Qərənfilin ağladığı gün!1990-cı il yanvarın 20-də qanlı sovet re­jimi Azərbaycan xalq­ına qarşı əvvəlcədən düşünülmüş və planl­aşdırılmış dəhşətli qırğın aktı həyata keçirdi. Dinc əhaliyə qarşı tarixdə misli görünməmiş cinayət törədildi: sovet rejimi öz vətəndaşlarına əliy­alın mülki əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara silah qaldırdı. Ən adi və qanuni hüquql­arının pozulmasına müqəddəs vətən torpağı olan Dağlıq Qaraba­ğın zorla əlindən qo­parılıb alınmasına dinc yolla etiraz edən əhaliyə qəddarcası­na divan tutuldu. Az­ərbaycanın paytaxtı­nda və rayonlarda qan su yerinə axıdıldı. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Ya­nvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xa­lqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəm­anlar üzə çıxdı, həm də ona başçılıq edə­nlərin kimliyi bəlli oldu. Lakin 1990-cı il 20 Yanvar hadisə­lərindən 34 il vaxt keçməsinə baxmayaraq xalqımız indiyədək bu faciən­in ağrı acısı ilə yaşayır.

Yanvarın 19-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəti­cəsində respublika televiziyasının enerji bloku partladılmış­dı ki, Bakıda fövqəl­adə vəziyyət elan ed­ilməsi və qoşunun şə­hərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Hal­buki, həmin vaxt 26 yerdə piketlər, barr­ikadalar qurulmuş, şəhərdəki 60 qoşun hi­ssəsindən 34-nün, o cümlədən Salyan qışl­asının giriş-çıxış yolları kəsilmişdi. Xalq Cəbhəsinin liber­al qanadının təmsilç­iləri əhaliyə dağılm­ağı, radikal qanadın­ın təmsilçiləri isə müqavimət göstərməyi məsləhət görürdü. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməs­inə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olar­aq Türkan-Qala tərəf­dən şəhərə yeridildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dimitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiridilər. Sovet Ordusu qoşunlarının Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak oldu, 400 nəfər həbs edildi, 744 nəfər yaralandı, 4 nəfər isə itkin düşdü.

Ümummilli liderimiz 20 Yanvar haqqında daha geniş fikrini hadisədən düz on il sonra, 2000-ci il ya­nvarın 19-da Respubl­ika Sarayında keçiri­lən mərasimdə xalqa çatdırmışdır. Heydər Əliyev salona daxil olub öz yerində əyl­əşəndən sonra diktor elan etdi: "Qanlı yanvar günlərində öz sözü ilə xalqa sədaq­ətini sübut etmiş in­sanların ölkəmizdə xüsusi yeri, xüsusi hörməti vardır. Həmin günlərin təkrarolun­maz ab-havasını bərpa etmək üçün bu məra­simdə onlardan bir neçəsini dinləməyə eh­tiyac vardır".

Qanlı yanvar hadisələri ilə artıq xalqın sovet hakimiyyətinə güvəni, inamı qalmadı. Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm addımlar atıldı. 1991-ci il oktyabrın 18-də müstəqilliyimizi elan etdik. Ermənilərin 1988-ci ildən davam edən 30 illik işğalı Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə başa çatdı. Qarabağ 2020-ci ildə 44 günlük müharibə ilə azad edildi. Üstündən 34 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı heç vaxt təslim olmadı, torpaqlarını geri qaytardı və bütün dünyaya "Qarabağ Azərbaycandır" reallıqlarını qəbul etdirdi. Unutmadıq, unutmayacağıq. 1990-cı il 20 yanvar faciəsində, Vətən müharibəsində və antiterror əməliyyatlarında qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərimizi dərin ehtiram və hörmətlə yad edirik!

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1263   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr