225 min vergi borcu olan "Uni Ko" ölkədən valyuta çıxarıb - Cərimə edilir
Tikinti şirkəti olan "Uni Ko" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə yazılıb.
İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Bu Məcəllənin 483-cü maddəsində "az miqdarda" dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Qeyd edək ki, "Uni Ko" QSC 2 aprel 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000020 AZN olan şirkətin qanuni təmsilçisi Axundov Elçin Muxtar oğludur. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 225.758,40 manat vergi borcu var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 812 Tarix: 20 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabrNazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabr