Yararlı olduğu halda hərbi xidmətdən yayınan şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 2023-cü ilin sentyabr ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) eləcə də ərazi üzrə prokurorluqlarla birlikdə hərbi xidmətdən boyun qaçırmış şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Birgə əməkdaşlıq çərçivəsində bu istiqamətdə tədbirlər gücləndirilib. Bəs yararlı olduğu halda hərbi xidmətdən yayınan şəxsləri hansı cəza gözləyir?
Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov Sonxeber.az-a bildirib ki, hərbi xidmətdən yayınanlar ilə bağlı görülən tədbirlər qanunvericilik ilə tənzimlənir:
"Son zamanlar bu məsələ geniş müzakirə edilir. Hərbi xidmətdən yayınanlarla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilmişdir. Bu müddəa Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində dövlət hakimiyyəti əleyhinə cinayətlər bölməsinin idarəetmə qaydalarının əleyhinə olan cinayətlər hissəsinə aiddir. Hərbi xidmət keçməkdən boyu qaçırmanı əsasən hərbi cinayətləra aid edirlər. Bu hərbi cinayət deyil. Əgər şəxs hərbi xidmətə getməkdən boyun qaçırırsa bu mülki həyatda edilmiş bir addım olduğuna görə, bunu idarəetmə əleyhinə olan cinayətlərə aid olunur".
Xəyal Bəşirovun sözlərinə görə, Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə hərbi xidmətdən boyun qaçırma azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"321-ci maddənin tələblərinə görə hərbi xidmətdən və yaxud növbəti səfərbərlik çağırışından qanuni əsas olmadan boyun qaçırmağa görə 2 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Burada insanlarımız bilməlidir ki, qanuni əsaslar nədir. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş məqamlar var. Məsələn təhsil, səhhət və digər məsələlər ilə bağlı, eyni zamanda möhlət hüququ olan şəxslərə şamil olunmur. Amma bu kimi hallar qanuni əsaslar hesab olunur. Qanuni əsaslar olmadan, hərbi xidmətdə çağırışdan, səfərbərlik üzrə çağırışdan boyun qaçırma artıq cinayət məsuliyyətinin təsiri altına düşür. Eyni zamanda bu addımın ağırlaşdırıcı halı da var. Bu müharibə dönəmində edilmiş addımları özündə ehtiva edir. Müharibə dönəmində qanuni əsaslar olmadan hərbi xidmətdən yaxud səfərbərlik üzrə növbəti çağırışdan imtina etmə, boyun qaçırma qanunvericilik ilə 3-6 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur".
Hüquqşünas qeyd edib ki, bunun bir tərəfdən qanunvericilik və hüquq ilə qadağanedici məqamlar olsa da, mənəvi cəhətdən bunun cəmiyyətimizin insanları tərəfindən qınanılan addım olduğunu bilirik:
"İkinci Qarabağ müharibəsində bir nəfər belə fərari olmadı. Eyni zamanda hərbi xidmətdən boyun qaçırmaq istəyən şəxslər belə könüllü müharibəyə yollandı.Yaralı hərbiçilərimiz döyüş bölgəsinə qayıtmağı cəhd göstərirdilər. Hər halda hüquqi dövlət olduğumuza görə, bu kimi məsələlər qanunvericiliklə tənzimlənməlidir".
Xatırladaq ki, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib. Ümumilikdə isə hərbi xidmətdən yayınma ilə bağlı 20 cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi