"Suni şəkildə qiymətləri qaldıran işbazlarla bağlı nəzarət gücləndirilməlidir" - DEPUTAT

"Suni şəkildə qiymətləri qaldıran işbazlarla bağlı nəzarət gücləndirilməlidir" - DEPUTATSon dövrlər marketlərdə olan bahalaşmalar vətəndaşların haqlı narazılığına səbəb olur. Hətta, bazarlarda və marketlərdə qiymətlərin dövlət tərəfindən tənzimlənməsini də təklif edənlər də var.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, suni şəkildə qiymətləri qaldıran işbazlarla bağlı nəzarət gücləndirilməlidir:

"Mətbuatda ətin və digər məhsulların qiymətinin bahalaşması ilə bağlı xəbərlər verilməkdədir. Düşünürəm ki, bazarlarda qiymətlərə nəzarət gücləndirilməlidir. Çünki suni şəkildə qiymətləri qaldırılması birbaşa insanların cibinə girmək və talamaqdır. Bəzi işbazların bu özbaşınalığının qarşısı mütləq alınmalıdır".

Deputat vurğulayıb ki, səlahiyyətli qurumlar bahalaşma ilə bağlı bazarlarda və marketlərdə monitorinq aparmalıdır:

"Suni şəkildə qiymətləri qaldıranları qanunla cəzalandırmalıdır. Dövlət tərəfindən insanlarımızın sosial durumunun yaxşılaşdırılması istiqamətində lazım olan bütün addımlar atılmaqdadır. Bu istiqamətdə cənab prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları da var. Həmin fərman və sərəncamlara uyğun olaraq hər il ölkəmizdə minimum əmək haqqı, pensiyalar və təqaüdlər artırılır. Təəssüf ki, bəzi işbazlar da bunu fürsət bilib qiymətləri qaldırırlar. Bu yolverilməzdir. Hesab edirəm ki, bazarlarda və marketlərdə qiymətlərə nəzarət gücləndirilməlidir. Vətəndaşların ciblərinə əl uzadan işbazların cəzalandırılmasına nail olmaq və istehsalçıların bazarlara birbaşa məhsul çıxarmasına şərait yaratmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 960   Tarix: 24 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021