Əri Ruhanəni niyə öldürüb? - Mübahisə kababa görə başlayıb
Füzulidə 1987-ci il təvəllüdlü arvadı Ruhanə Qasımovanı qətlə yetirən 40 yaşlı Süleyman Qasımovun məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Qasımov 10 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 24-də Füzulinin Qayıdış-5 qəsəbəsində baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisədən bir gün öncə evlərinə qonaq gəlib. S.Qasımov qonaqlar üçün qaz ətindən kabab bişirib. Bu zaman arvadı da qonaqlarla birlikdə masaya əyləşərək kababdan yeyib.
Maraqlıdır ki, Ruhanənin masaya əyləşməsi Süleymanın narazılığına səbəb olub. O, həyat yoldaşına "bəs sən gördün ki, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin?" deyərək irad tutub. Onun bu sözləri Ruhanənin xətrinə dəyib.
Hadisənin baş verdiyi gün isə evə sərxoş vəziyyətdə gələn S.Qasımov Ruhanənin əşyalarını toplayaraq evdən ayrılmaq istədiyini görüb. Qadının atası evinə getməsi Süleymanı özündən çıxarıb və bunu qəbul edə bilməyib.
Nəticədə həyat yoldaşının arxasınca qayınatasıgilə gedən ər arvadını bir bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisədən sonra S.Qasımov "102" xidmətinə zəng edərək arvadını öldürdüyünü deyib.
Qeyd edək ki, cütlüyün hazırda hərbi xidmətdə olan bir övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1217 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr