9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür.
Şanlı üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhüriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olub.
1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı öz istiqlaliyyət rəmzini unutmadı.
Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin öndərliyində Azərbaycan xalqı öz üçrəngli istiqlaliyyət simvoluna 70 il sonra yenidən qovuşdu.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib. Həmin dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, 2023-cü ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyaraq şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.
Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Azərbaycanın və Qarabağın incisi Şuşa şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanıb.
Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız günlər uzaqda deyil!
Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla yanaşmaq bizim vəzifəmizdir!

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 73   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr