Azərbaycanda uşaqlara cinsi zorakılıq edən şəxslərə qarşı edam cəzası bərpa edilə bilər? - ARAŞDIRMA

Azərbaycanda uşaqlara cinsi zorakılıq edən şəxslərə qarşı edam cəzası bərpa edilə bilər? - ARAŞDIRMAUşaqlara qarşı cinsi və fiziki zorakılıq halları ölkə gündəmini zəbt edib. Son yayılan xəbərlərdən sonra artıq cinsi zorakılıq halları cəmiyyətdə, o cümlədən dövlət qurumlarında müzakirə olunur. Bəzi ölkələrdə belə hadisələrə görə ölüm cəzası tətbiq edilir. Bəs Azərbaycanda ağır cinayətlərə, xüsusilə, uşaqlara cinsi zorakılıq edən şəxslərə qarşı edam cəzası bərpa edilə bilər?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu, hüquqşünas Sahib Məmmədov Sonxeber.az-a açıqlama verib. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ölümlə bağlı edam cəzası bərpa etməyə ehtiyac yoxdur. Bu cəzanın tətbiqi problemlər yarana və ölkənin nüfuzuna da zərər vura bilər:
Azərbaycanda uşaqlara cinsi zorakılıq edən şəxslərə qarşı edam cəzası bərpa edilə bilər? - ARAŞDIRMA"Amma ölkədaxilində sərt tədbirlər həyata keçirməliyik. Yəni uşaqlara qarşı, cinsi və fiziki zorakılıq olduğu hallar əksəriyyətini aşkar edib və ictimailəşdirməliyik. Həmin hallara yol verən şəxslərə çox ciddi cəza verilməlidir. Eyni zamanda bununla bağlı cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Əsas burada ictimai qınaq gücləndirilməlidir ki, hər hansı bir yerdə uşağa cinsi zorakılıq edən adam öz əhatəsi tərəfindən ciddi güclü təzyiqə məruz qalsın. Əvvəllər xəyanət məsələləri ortaya çıxanda kəndlərdə həmin insana qarşı münasibət yaranırdı ki, o şəxs ölsə daha yaxşı idi. Gərək daha çox ictimai qınaq, maarifləndirmə və sərt cəza tədbirləri kompleks şəkildə həyata keçirilməlidir. Bununla bağlı bir konsepsiyamız olmalıdır".

Hüquqşünas Sahib Məmmədov bildirib ki, ‌edam cəzası hazırda dünyanın 105 ölkəsində mümkündür. Amma baxır hansı əmələ görə verilir:

Azərbaycanda uşaqlara cinsi zorakılıq edən şəxslərə qarşı edam cəzası bərpa edilə bilər? - ARAŞDIRMA" Öz qanunvericilimiz bir yana, bir neçə beynəlxalq sənədə qoşulmuşuq ki, ölüm hökmünün ləğvi ilə bağlıdır. O cümlədən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 2-ci Fakutativ Protokoluna qoşulmuşuq. O cümlədən Avropa Konvensiyasına əlavə olan fakutativ protokola qoşulmuşuq. Eyni zamanda öz qanunvericilimiz ilə ölüm hökmü bizdə nəzərdə tutulmayıb. Ölüm hökmü niyə qadağan olunur? Ona görə yox ki, bu adekvat cəza deyil. Elə cinayət əməlləri var ki, edam cəzası ona tam adekvatdır. Amma bunun yeganə səbəbi isə ölüm hökmü yeganə cəza növüdür ki, şəxsin sonradan günahsızlığı müəyyən olunarsa yaxud cəzasının Amma bunun yeganə səbəbi isə ölüm hökmü yeganə cəza növüdür ki, şəxsin sonradan günahsızlığı müəyyən olunarsa yaxud cəzasının həmin cəza olmasa onun hüquqlarını bərpa etmək mümkün olmur. Yalnız bu səbəbə görə, ölüm cəzasının tətbiqi dünyada məhdudlaşdırılır. Çünki yüzlərlə hallar olur ki, məsələn elə ABŞ-nin özündə belə vəziyyət var ki, minlərlə şəxs edam cəzasına məhkum olur. Sonra illər sonra aydın olur ki, onun günahı yoxdur. Yaxud törətdiyi əməl daha yüngül idi. Sonra onun hüquqlarını bərpa etmək olmur. Amma digər hallarda tutaq ki, şəxsə 20-30 il azadlıqdan məhrum etmə cəzası verilir. Tam yaxud qismən çəkir, bəraət və kompensasiya alır. Hər halda o hüquqlarını təmin edə bilir. Bu cəzanın tətbiqinə razı deyiləm. Çünki istintaq səhvlərinin, məhkəmə araşdırmalarında səhvlər çox baş verdiyi ölkələrdə belə cəzanın tətbiqi düzgün deyil. Amma ömürlük cəza olmalıdır. Yüksək illər daha çox ola bilər. Edam cəzasına hüquqi baxımından geri dönüş ola bilər. Qoşulduğumuz beynəlxalq normalardan çıxmaq (denonsasiya) etmək olar. Qanunvericilikdə dəyişiklik etmək olar və ölüm cəzasını bərpa etmək olar. Amma mən bunu məqsədəuyğun hesab etmirəm".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1696   Tarix: 26 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr