"Paytaxt Ağdama köçürülsün!" – Prezidentliyə namizəddən təklif
"Bu gün Qarabağda geniş abadlıq-quruculuq işləri aparılır. İnsanlar yavaş-yavaş doğma yurda dönürlər. Bu, yaxşı haldır və təqdir edirik".
Bu sözləri prezidentliyə namizəd, Milli Məclisin deputatı, BQP sədri Fazil Mustafa deyib. Fazil Mustafa fevralın 7-də keçiriləcək prezident olan şəxslərin ötən axşam İTV-də baş tutan debatında maraqlı təklif səsləndirib. O, Azərbaycan paytaxtının dəyişdirilməsinin vaxtının çatdığını bildirib:
"Hazırda Ağdam yenidən inşa olunur. Qarabağda böyük, müasir standartlara cavab verən gözəl şəhər tikilir. Təklif edirəm ki, paytaxt Bakıdan Ağdama köçürülsün. Bakı Azərbaycanın İstanbulu, Ağdam isə Ankarası olmalıdır. Türkiyə modelinə üstünlük verməliyik".
Fazil Mustafa hökumətin kənd yerlərində əhalinin məşğulluğunun qeydinə qalmalı olduğunu bildirib. Deputat deyib ki, son illər Azərbaycan kəndləri sürətlə boşalır:
"Bu gün kəndlərimizin çoxunda evlərin qapısına paslı qıfıl vurulub. Həmin soyuq evlər insanların nəfəsi ilə isinməlidir. Qarabağlılar qayıdır. Bəs gədəbəylilər, goranboylular nə vaxt qayıdacaq?! Kəndlərdə insanların asudə vaxtı yaxşı təşkil olunsa, mədəni-kütləvi tədbirlər keçirilsə, insanlar öz ev-eşiyinə qayıdar, Bakı da rahat nəfəs alar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?