Sonumuz hara gedir?: TikTok-da insanların şəxsi həyatlarına toxunaraq QAZANILAN PULLAR
Azərbaycanda "TikTok" sosial şəbəkəsində canlı yayımlar açaraq külli miqdarda pul qazanan fenomenlərin sayı gündən günə artır. Bu gəlirin mənbəyi nədir? Niyə görə gənclər "TikTok" sosial şəbəkəsinə bu dərəcədə maraqlıdır. Asan yolla pul qazanmaqla, sonumuz hara gedir?
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının(AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib:
Ekspert bildirb ki, istifadəçilərinə ən çox rahat pul qazandıran sosial şəbəkə "TikTok"dur:
"Bildiyimiz kimi böyük ölkələrin müxtəlif sosial şəbəkələri var. Bunların bir qismi ABŞ, bir qismi Çin, bir qismi isə Rusiya seqmentinə aiddir. Bu sosial şəbəkələr arasında ciddi rəqabət var. Hər bir sosial şəbəkə qurucusu da öz istifadəçilərinin sayını artırmaq istəyir. Hazırda 3 milyarddan çox istifadəçi sayı ilə birinci yeri tutan "Facebook"dur. Amma Çinin sosial şəbəkəsi olan "TikTok"un da istifadəçisi kifayət qədər çoxdur. Bu sosial şəbəkənin alqoritması elə qurulub ki, burada insanlar daha tez məşhurlaşır. Burada bir video qısa müddətə böyük kütləyə çata bilir. TikTok bu sahədə həqiqətən də kifayət qədər inkişaf edib".
İstifadəçilərinə ən çox rahat pul qazandıran sosial şəbəkə TikTokdur. Elə məhz buna görə də gün keçdikcə TikTok istifadəçilərin sayı çoxalır. İnsanların pul qazanma istəyi və məhşurlaşma həvəsi onları bu sosial şəbəkəyə yönəldir. Buna görə də TikTok-dan istifadə sürətlə böyüyür. Bu da insanların pul qazanmaq üçün sosial şəbəkələrdə etdikləri qeyri-adekvat hərəkətlər, müxtəlif oyunlar, lazımsız canlı yayımlar, maraqsız məzmunların ortaya çıxmasına səbəb olur".
Bəhruz Əliyev insanlarin pul qazanmaq xətrinə sosial şəbəkələrdə müxtəlif yollara əl atdıqlarını bildirib:
"İnsanlar diqqət cəlb etmək üçün, heç bir məzmunu olmayan videolar çəkməyə başlayır Bu isə artıq təhlükəli vəziyyət yaradır. Ümumiyyətlə son nəslin sosial şəbəkələrə yönəlməsi, onların aludəçisi olması, onlara maraq göstərməyi dövrün tələbi olması ilə bərabər, özü ilə birlikdə müəyyən ziyanlar da gətirir. Bu kifayət qədər vaxt itkisinə səbəb olur. Gənclər faydasız məzmunlarla məşğul olduqlarına görə, onlar daha yaxşı işlər görə bilmirlər. Mənfi işlərlə açıq məşğuliyyət çoxalır. Bu da xarakteri tam formalaşmamış insanları mənfi istiqamətə yönləndirə bilər.
Sosial şəbəkələrə müəyyən vaxt limiti qoymaq funksiyası yaradıblar. Yəni istənilən şəxs özü üçün, sosial şəbəkələrdə vaxt limiti yarada bilər. Bu çox yaxşı funksiyadır. Bütün istifadəçilərə tövsiyə olunur ki, onlar sosial şəbəkələrdə keçirdikləri zamanı nizamlasınlar.
"TikTok"da pul qazanmaq adı ilə insanların şəxsi həyatları ilə bağlı, müəyyən sirlər, müəyyən şəxslərə aid olan məlumatları gərəksiz formada paylaşırlar. Bundan başqa digər şəxsləri narahat edərək, "zarafat" formasında insanları utandırırlar. Təəssüf ki, bu kimi təhlükələr mövcuddur".
İT üzrə ekspert bildirib ki, bu məsələ ilə bağlı daimi maarifləndirmə işləri görülməlidir:
"Əlbəttə "TikTok"u qadağan edərək, heç bir yerə gəlmək mükün deyil. Çünki, qadağalar virtual aləmdə daha çox maraq doğurur. Buna görə də daimi maarifləndirmə işləri görülməlidir. Sosial şəbəkələrinin mənfi xüsusiyyətlərindən insanları uzaqlaşdırmaq lazımdır. Müəyyən qədər sosial şəbəkələrin ziyanlarından gənclərimizi qorumaq mümkündür".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon