Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR + FOTO

Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR + FOTOBakıda həbs olunan casus Martin Rayan ətrafında qalmaqal yeni detalları ilə Fransa gündəmindən düşmək bilmir.

Fransanın nüfuzlu mətbuat orqanları Martin Rayanın casusluq məqsədləri üçün istifadə edilməsini və buna görə məsuliyyət daşımalı olanları davamlı tənqid edir.

"Report" xəbər verir ki, Kernews.com mətbuat-radio şəbəkəsi Martin Rayanın valideynlərindən geniş məlumat almış erməniəsilli aktivist-jurnalist Leo Nikolyanın müsahibəsini təqdim edib.

Fransa xarici kəşfiyyat qurumunun rəhbərinin qeyd olunan hadisələrlə əlaqədar işindən məlum kənarlaşdırılması faktı ilə yanaşı, müsahibədə Fransa xarici işlər nazirinin də istefası və istefadan əvvəl Martin Rayanla bağlı atdığı addım, diplomatik status altında gizlənmiş kəşfiyyatçılar tərəfindən Martin Rayanın biznes şəbəkə fəaliyyətindən İran, Amerika və digər ölkələrə qarşı aktiv casusluq məqsədləri üçün istifadə olunduğuna ilkin eyhamlar vurulması və bir çox daha əvvəl məlum olmayan detallara toxunulub.

Qeyd edək ki, son illər Martin Rayan qədər ikinci bir casus dünya mətbuatında bu qədər müzakirə predmeti olmayıb. Hesab olunur ki, işin tədricən açılan məqamları yeni sürprizlər vəd edir.

İki nazirin vəzifədən uzaqlaşması ilə birbaşa bağlı olan "Martin işi" barədə ilk mənbə qismində Kernews.com-da yayılmış məqalənin tərcüməsini tam mətndə olduğu kimi təqdim edirik:

Leo Nikolyan: "Sadə bir iş adamı olan Martin Rayanın diplomatik toxunulmazlığı yoxdur. O, yandırılmış qoruyucuya bənzəyir"

Azərbaycanda casusluğa görə saxlanılan bir fransızın inanılmaz məhkəmə işi.

Bu hekayə casusluqdan bəhs edən bir film ssenarisi olmağa layiqdir: söhbət Martin Rayan məsələsi haqqındadır. Bu fransız biznesmen yerli hakimiyyət tərəfindən casusluqda ittiham olunduğu üçün dekabrın 4-də Azərbaycanda həbs edilib. Həftəlik "Paris Match" qəzeti bu məsələnin Fransa və Azərbaycan arasındakı diplomatik gərginliklə əlaqəsi olduğunu bildirən Martin Rayanın atasından sitat gətirir. "Onunla danışarkən o, mənə dedi ki, ondan "peşka" kimi istifadə ediblər", - deyə Riçard Rayan qeyd edib və oğlunun "qovulan iki diplomata eyham vurduğunu və onların bu işdən qurtulacaqlarına inandığını" bildirib. Həqiqətən də, Azərbaycan dekabrın 26-da Parisin Ermənistana dəstəyi ilə bağlı iki ölkə arasında yaranan gərginlik fonunda iki fransız diplomatının "statuslarına uyğun gəlməyən" fəaliyyətlərinə görə ölkədən çıxarıldığını elan edib.

Erməniəsilli jurnalist, döyüş bölgələri üzrə mütəxəssis Leo Nikolyan bu işi, xüsusən də Martin Rayanın vəkili və ailəsi ilə əlaqə yaradaraq araşdırıb. O, bizə aşağıdakı həqiqəti danışdı:

Kernews: Azərbaycanda casusluğa görə saxlanılan bu Fransa vətəndaşı Martin Rayan haqqında son günlər çox danışılır. Siz onun ailəsi ilə əlaqə saxlayırsınız və bir çox elementləri toplaya bilmisiniz. Əvvəlcə bu otuz yaşlı gəncin karyera yolu haqqında məlumat verə bilərsinizmi?

Leo Nikolyan: "Martin həyatda uğur qazanmaq istəyən bir fransızdır. Fransada vergilər və müxtəlif standartlar ətrafında problemləri görüb başqa yerə getmək istəyib. Bəzən ot başqa yerdə daha yaşıl ola bilər... O, iqtisadi cəhətdən hər şeyin yaxşı getdiyi bir neçə ölkəni seçməkdə, xüsusən də Kanada, ABŞ, hətta Rusiya ilə yanaşı Ermənistan, Dubay və ya Qətər arasında da tərəddüd edib. O, inkişaf etməkdə olan Azərbaycan ilə də maraqlanır. Bakı Qafqazın mirvarisi, türkdilli xalqı olan Azərbaycanın paytaxtıdır. Bu, çox inkişaf etmiş və zənginləşmiş dünyəvi bir ölkədir. Beləliklə, Martin beş il əvvəl ora köçüb. O, düşünüb ki, burada görüləsi iş tapmaq mümkündür, çünki bu, son dərəcə müasir və zəngin bir ölkədir. Bundan əlavə, Bakı həm də tam təhlükəsizliyi təmin edən bir şəhərdir. Təcavüz, narkotik və oğurluq yoxdur... Beləliklə, bazar araşdırmasından sonra o, Azərbaycanda varlı təbəqənin olması ilə yanaşı, həm də əhəmiyyətli sayda orta təbəqənin formalaşmasını nəzərə alaraq bu ölkədə məskunlaşmaq qərarına gəlib. Bu şəhərdə restoran və kafelər Parisdəkindən daha çox göbələk kimi artır. Yemək baxımından hər şeyə sahibdirlər, lakin o, onlara Fransa istehsalı olan yüksəksəviyyəli məhsulları, xüsusən də sous hazırlamaq üçün məhsullar gətirmək qərarına gəlib. O, "Merkorama" adlı biznesinə başlayıb. Həyat gözəldir. O, çörəkpulu qazanıb və gözəl bir qadınla nişanlanıb. Lakin Fransada xeyli erməni icması olduğundan bu, Fransanın xarici siyasətinə təsir edir. Ölkə Prezidenti Emmanuel Makronun Ermənistan barədə öz mövqeyi var və Azərbaycan bu vəziyyətə görə sinəsini qabağa verir. Martin biznes rəhbəridir, bununla maraqlanmır, restoran biznesində işləyir".

Bəs keçən il nə baş verdi?

Fransız xüsusi xidmət orqanları Martin Rayanı ziyarətə gəliblər. Onlar Fransa səfirliyinin iki diplomatı olub. Onların diplomatik pasportu var, bilməlisiniz ki, bütün səfirliklərin bir neçə əməkdaşı olur, onların bəziləri isə diplomatik pərdə altında işləyən casuslardır. ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin "Mossad"ı, Rusiyanın FSB-si, Fransanın DGSE-si var... DGSE-dən olan bu iki nəfər onu görməyə gedir, özlərini təqdim edir və ondan Fransaya işləyərək, məlumat verməsini tələb ediblər. Martin imtina edib: "Mənə maraqlı deyil, mənim artıq işim var". Belə olan halda bu adamlar ona cavab veriblər: "Sənin seçimin yoxdur. Tez bir zamanda bir bədbəxt hadisə baş verə bilər, atanızı və ya ananızı düşünün. İntihar edənlər də olur..." Sonra onlar əlavə ediblər: "Biz sizin biznesinizi məhv edə bilərik, çünki Fransadan gələn mallarınızı gömrükdə bloklaya bilərik və sizi Bakıda didərginə çevirə bilərik". Martin ilk dəfə imtina edib. Amma təzyiq canavarın ovunun boynunu dişləməsi kimi daimi olub. Və sonda Martin könülsüz təslim olub.

Niyə bu restoran biznes rəhbəri Fransanın məxfi orqanlarına faydalı ola bilərdi?

Martin Rayan Bakıda bütün restoranlar üçün qida məhsulları, souslar hazırlamaq üçün əsaslar paylayıb. Bütün səfirliklər paytaxtdadır. İran restoranına diplomatlar və İran ictimaiyyəti gəlir. ABŞ restoranına ABŞ səfirliyinin əməkdaşları gəlirlər. Martinin müştəriləri olan restoran sahibləri onun xəbərçisi olurlar. Məsələn, filankəs gəldi, ofisiantın dediyinə görə, stolda belə deyilirdi, ola bilər ki, stolun altında mikrofonlar gizlədilib...

Bu, hüquqi sənəddədir, müdafiə sirridir. Bir neçə ay ərzində, yəqin ki, kimsə ağzından sirr də qaçırır. Martin Rayan Azərbaycanın xüsusi xidmət orqanlarının nəzarəti altına düşüb, o həbs edilib, mobil telefonu müsadirə edilib, axtarış aparılıb və agentlər gözə çarpan şəkildə şübhəsiz dəlillərə rast gəliblər. O, dekabrın 4-dən istintaq təcridxanasındadır. O, passiv casusluqda ittiham olunub. Bunlar hərbi sirr deyil, diplomatik və iş dünyasıdır. Məlumat həmişə həlledici olur. Bu məsələ indiyədək gizli qalıb. Heç kimə məlumat verilməyib və mən öz mənbələrimi açıqlamayacağam. Mən əvvəlcə Martinin anası Rose ilə əlaqə saxladım, o, davam edən gizli danışıqlara görə işi açıqlamamağımı xahiş etdi. Bu gizli danışıqlar iki fransız məxfi agentinin həbsi ilə bağlı deyil, çünki onlar toxunulmazlığı olan diplomatlardır və həbs edilə bilməzlər, - məsələ sonda onların Azərbaycandan qovulması ilə başa çatıb. Fransa buna Azərbaycanın iki diplomatının çıxarılması ilə cavab verib. Bu, tutarlı cavab olub. Bütün bunların içində sadə bir iş adamı Martin Rayanın heç bir diplomatik toxunulmazlığı yoxdur. Məhz qoruyucu partlayıb, Fransa xarici siyasətinin qurbanı olub.

Buna görə də, bu işlə məşğul olduğu üçün təhdid edilən və indi bunun əvəzini ödəyən bir iş adamı...

O, qoruyucudur. O, həbsdədir. O, casusluq ittihamı ilə saxlanılıb və o, 10 ildən 20 ilədək həbs cəzası ala bilər. Sadəcə ümid edirəm ki, o, qoruyucu tədbirlə azadlığa buraxılacaq və onun pasportunu müsadirə edib, elektron qolbaq taxa bilərlər. Amma bu, Azərbaycanın məhkəmə sisteminin işidir və suveren ölkə olduğu üçün bunun bizə aidiyyəti yoxdur. Bu hekayədə məni şoka salan bu barədə danışmamaq istəyidir.

Bu gün Azərbaycan mediası bu işi üzə çıxarıb, "Agence France Presse" (AFP) araşdırmadan sonra bu işi təsdiqləyib, mən onlara Martinin valideynlərinin əlaqə məlumatlarını verdim. Məni qəzəbləndirən odur ki, bizim hökumət heç nə etmir. Ümid edirəm ki, yeni baş nazirimiz Qabriel Attal bu istiqamətdə hərəkət edəcək. Xarici işlər naziri Ketrin Kolonna getməzdən əvvəl sadəcə olaraq Azərbaycandan bu Fransa vətəndaşının azad olunmasını xahiş edib, baxmayaraq ki, bu adamı öz nazirliyi və səfirliyi vasitəsilə tələyə salan da o olub! Bu vəziyyətə görə məsuliyyəti Fransa dövləti daşıyır. Fransa vətəndaşını qorxutduq, ailəsinə təzyiq etdik. Evlənmək üzrə olub. Mən onun dostları və vəkili ilə əlaqə saxlayıram. Bu, çox aktuallaşan bir məsələdir. Bütün KİV bu barədə danışmağa başlayıb və ümid edirəm ki, biz bununla daha çox maraqlanacağıq. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə açıqlama verərək reaksiyasını bildirib. Bu, həqiqətən də incə məsələdir. O, nəyisə etməyə məcbur olunub, başına faktiki silah dayayıblar. O bunu öz əqidəsi ilə etməyib.

Bu şokedici hadisədir. Əgər siz xarici ölkədə fransız biznes rəhbərisinizsə və heç kəsi narahat etmədən işinizi aparırsınızsa, Fransa xüsusi xidmət orqanları sizi təhdid etməyə gəlsə, nə edərsiniz?

Şəxsən mən Azərbaycanın xüsusi xidmət orqanlarına gedib deyərdim:

"Məni narahat edənlər, bunu soruşanlar var..."

Məni artıq hədələyirlər. Davam edən məhkəmə proseslərim var, xüsusən də Ann İdalqo ilə. İndi polis nəzarəti altına götürülmədən, bir neçə qətlə cəhddən məni öldürməyən hər şey məni daha da gücləndirir. İnsanın da öz həssaslığı var. İtirəcək heç nəyim yoxdur, ömrümün sonundayam, ona görə də itirəcək heç nəyim yoxdur. Heç kim əbədi deyil. Rayan gəncdir, qarşıda bütün həyatı, başlayacağı bir ailə var və ona bütün mallarının Fransada bloklanacağını və onun dilənçiyə çevriləcəyini deyəndə, dünya onun ayağının altından qaçır. Təslim olmaqda haqlı idi? Artıq düşdüyü vəziyyətlə bağlı sual belə yaranmır. İnanın ki, Azərbaycan məxfi xidmət həbsxanası VIP Sağlamlıq mərkəzi deyil. Bu məsələnin nəticəsini görəcəyik. Bizə xalq səfərbərliyi lazımdır. Yeganə ümid o olardı ki, Azərbaycan Prezidentinin onu əfv etmək qərarına gəlməsinə nail olunsun.
Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 584   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elşad Kəlbəliyev cəzadan azad edildi

Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, 4 nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə" futbol klubunun prezidenti​ Elşad Kəlbəliyev cəzadan azad edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, amnistiya aktı ona da şamil edilib. Xatırladaq ki, E.Kəlbəliyev "Qurtulu

22 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Bakıda 19 yaşlı oğlanın ölümünə səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Dekabrın 21-də Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri paylaşılıb. xəbər verir ki, görüntüdə 77-GK-835 dövlət nömrə nişanlı "Hummer" markalı avtomobil idarəetməni itirərək 99-TY-561 dövlət nömrə nişanlı "Opel" markal

22 dekabr
.

Sabah hava yağmursuz olacaq

Azərbaycanda dekabrın 23-də havanın yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şər

22 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi

Pirəkəşkül və Ağdərədə 22-26 dekabr tarixlərində istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkü

22 dekabr
.

Şəhid qızı olan məhkəmə hakimi qəzada həlak oldu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. -a istinadən xəbər verir ki, hadisə Novxanı-Pirşağı avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, A. Rzayevanın olduğu "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsi il

22 dekabr
.

Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı

"Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək" adı altında çoxsaylı paylaşımlara rast gəlinir". Daxili İşlər Nazirliyini

22 dekabr