Dəm qazından zəhərlənmə hallarının artımı nə ilə bağlıdır?- AÇIQLAMA

Dəm qazından zəhərlənmə hallarının artımı nə ilə bağlıdır?- AÇIQLAMASon zamanlarda dəm qazından zəhərlənmə hallarında artım müşahidə olunur.Mütəxəssislər qış aylarının səssiz qatili olaraq xarakterizə edilən dəm qazından zəhərlənmələrə qarşı hər fürsətdə xəbərdarlıq edirlər. Vətəndaşlar bəzən soba, su qızdırıcıları, və bu cihazların bacalarından dəm qazından zəhərlənmə ilə üzləşir. Dəm qazından zəhərlənmələrin səbəbi nə ilə bağlıdır?

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sonxeber.az-a bildirib ki, evdə qaz təchizatı varsa onların təhlükəsiz istismarı lazımdır. Ona görə də mütləq əməl edilməli olan təhlükəsizlik qaydaları var^

"Evdə qaz cihazı olan otaqda mütləq havalandırma olmalıdır. Bu qaz təchizatının istismarı qaydalarından ən önəmlidir ki, mütləq qaz cihazı işləyirsə havalandırma ilə təmin edilməlidir. Əgər havalandırma olmazsa havasızlıqdan yanma prosesi pozula və dəm qazından zəhərlənmə ola bilər. Dəm qazı natamam yanma məhsuludur. Yanma prosesi pozulduqda natamam yanma nəticəsində dəm qazından zəhərlənmə olur. Otağa quraşdırılan qaz cihazının, su qızdırıcılarının tutumuna və kvadratına görə nəzərə alınmalıdır. 3-5, 7-8 kvadratmetrlik bir otaqda həm 4 gözlü qaz peçi, su qızdırıcısı quraşdırılması zamanı hava kütləsi nəzərə almaq lazımdır. Nəzərə alınmadığı təqdirdə yanma prosesi pozula bilər. Mütləq diqqət etmək lazımdır. Əfsuslar olsun ki, bəzən otaqların yeri dəyişilir. Bir otaq iki otağa ayrılır. Mətbəx elə yerə salınır ki, orada nə pəncərə olur, nə də ventilyasiya var".

Ekspertin sözlərinə görə, otağa qazın qeyri-metal borularla çəkilişi yolverilməzdir. Qaz təchizatı birbaşa hansı otaq üçün nəzərdə tutulubsa metal borularla çəkilməlidir:

"Bu hallar yolverilməzdir. Hamam otaqlarında "pyatiminutka" deyilən qızdırıcı cihazlarının quraşdırılması təhlükəsizlik baxımından doğru deyil. Ona görə də daha təhlükəsiz qaz cihazlarının quraşdırılmalıdır. İstehlakçılar onu təmin etməlidir. Hamam otağında qaz təchizatı quraşdırılıbsa ventilyasiya, havalandırma olmalı və işləmək vəziyyətə gətirilməlidir. Heç olmasa hamam ölçüsünün kvadratı 6-7 kvadratmetr və hündürlüyü 2 metrdən yuxarı olmalıdır. Mütləq evlərdə həm dəm qazı əleyhinə və qaz sızması əleyhinə dedektorların olması təmin edilməlidir ki, qaz sızması olduqda artıq istifadə ilə bağlı məlumatı olur. Ona görə də bu məsələ diqqət yetirilməlidir. Həm qanunvericilikdə öz əksini tapıb, həm də insanlar bunun nə qədər vacib olduğunu bilməlidirlər. Digər mərkəzləşmiş istilik və kombi sistemi olan evlərdə bu daha təhlükəsizdir. Çünki evdə qaz təchizatı yoxdur. Elə bir fakt yoxdur ki, evdə mərkəzləşmiş istilik və kombi sistemi olan yerdə dəm qazından zəhərlənsin. Kombi sistemi çöldə olur. Evin isidilməsi və isti suya olan tələbat bu zaman daha təhlükəsiz olur. Belə olan hallarda daha bu tip hadisələrdən daha çox sığortalanmaq olur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1671   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021