Bütün bədəni yanan Sərxanın anası yardım diləyir: "Müalicələrini davam etdirə bilmirik" - FOTO
Səkkiz yaşlı Sərxanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Zeynəb İmamquliyeva məlumat verib.
Bildirilib ki, övladı iki ay əvvəl evdə qaz balonunun partlaması nəticəsində yanıb.
"Sərxanın səkkiz yaşı var. Bir ay əvvəl dərsdən gələndə özünə yemək qızdırmaq istəyib. Necə olubsa, qaz balonu partlayıb. Qolları, ayaqları, üzü yanıb. Hadisədən dərhal sonra Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Sərxan orada dəriköçürmə əməliyyatı keçirdi. Daha sonra evimizə qayıtdıq. Əməliyyatdan sonra dərinin tutması üçün müalicələri davam etdirməliyik. Yaralarına çəkməyə aldığımız mazlar 40-50 manatdır, onların da biri 2-3 günə bitir. İnanın, tamamilə tükənmişik. Son bir ayda isə yalnız sizin saytın izləyicilərinin dəstəyi ilə Sərxanın müalicələrini davam etdirə bilirik. Hazırda mazları və dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 982-76-26.
Kart: 4169 7388 7731 6020.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 736 Tarix: 31 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə
"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn
16 sentyabrİnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA
İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir. "İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur. Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dəri
14 sentyabrBugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI
"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə
15 sentyabr40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı
"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n
14 sentyabrBu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd
14 sentyabr