"16 yaşındakı qız niyə sevgi gördüyü ata evindən qaçsın və fiziki qüsurlu şəxlə ailə qurmaq istəsin" - Psixoloqdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ötən gün bir-birinə qoşulub qaçan Ruslan və Yeganə cütlüyünün toyları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır. Ruslanın sözlərinə görə, Yeganənin ailəsi fiziki məhdudiyyəti olduğu üçün onların ailə qurmasına razı deyildilər, ona görə də onlar qaçıb. Yeganə hazırda 2 aylıq hamilədir.
Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, bu evliliyi qəhrəmanlıq kimi göstərmək cəmiyyətə böyük ziyandır:
"Niye belə qeyri-real görünən evliliklərin sayı artır? Qeyri-real evlilik etmək və bunu gündəmə getrməkdə məqsəd nədir? Erkən evlilik Azərbaycanda var. Bunun qarşısını almaq lazımdır. Belə bir hadisə baş verib. Biz bu qızı qəhrəman kimi göstəririk. Amma bu qızla oğlanın evliliyi qeyri-realdır. Əlbəttə heç kimi fiziki problemlərinə görə ittiham etmirik. Amma real fiziki problemlər var. Bu real fiziki problemlərə uyğun olaraq insanların münasibəti var. 16 yaşlı qızla 32 yaşlı fiziki problemli kişinin evlənməsi qeyri-realdır. Bu evlilikdə heç bir uyğunluq yoxdur.
Bu qız fiziki və psixoloji təziqə görə evdən qaça bilər. Onlar real evli sayılmır. 16 yaşındakı qız niyə sevgi gördüyü ata evindən qaçsın və fiziki qüsurlu şəxlə ailə qurmaq istəsin. Demək ki, ailədə psixoloji və fiziki problem var. cəmiyyət olaraq belə insanları qəhrəman kimi göstərməyimiz düzgün deyil. Bu qız psixoloq tərəfindən müayinə olunsa, onun travmalarının olduğunu görərik. Həmin qızı erkən evlilik adı ilə psixoloq müayinə etməlidir. Bu qızın hansı problemlər var? Bu qız hansı psixoloji problemlə ailə qurur? Bu evlilik heç bir formada düzgün deyil. Bu evliliyi normal qələmə vermək olmaz. Qəhrəmanlıq kimi icəmiyyətə təqdim etdiyimiz bu evlilik normal deyil. Birinci problem belə evliliyin baş tutması, ikinci problem isə bu evliliyin cəmiyyətə qəhramanlıq kimi nümayiş olunmasıdır. Bu qəti yol verilməzdir. Sonra isə deyirik ki, polis, Ailə Qadın və Uşaq Komitəsi niyə işini görmür. Fiziki qüsurlu insanla evlənmək əlbəttə olar. Birini qəlbən sevəndə onun fiziki problemləri görsənmir.Amma bu evliliyi qəhrəmanlıq kimi göstərmək cəmiyyətə böyük ziyandır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4417 Tarix: 31 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021