Elman Rüstəmovun "Premium Bank"la şübhəli işbirliyi haqda ŞOK MƏLUMATLAR: İŞ MƏHKƏMƏDƏDİR

Elman Rüstəmovun "Premium Bank"la şübhəli işbirliyi haqda ŞOK MƏLUMATLAR: İŞ MƏHKƏMƏDƏDİRBu gün Mərkəzi Bankın sədri deyib ki, "Premium Bank"ın gəliri az olan vətəndaşa 2,5 mln manat məbləğində istehlak krediti verməsində problem görmür. Əslində, orada bir yox, bir neçə böyük problem var. Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda bununla bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verilib, halbuki 2013-cü ildə verilib və s.).

AFN.az xəbər verir ki, bunu hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov yazıb. O, məsələnin detalları ilə bağlı ətraflı məlumat verib: "Deməli, 2010-cu ildə Nizami Kərimov adlı vətəndaş tikilən binada "Aqana Servis" şirkətindən qeyri-yaşayış sahəsi alıb (hazırda həmin sahə "Metropol" restoranı kimi fəaliyyət göstərir). Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə "Premium Bank" vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 mln manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib.

Hər bir halda ortada olan odur ki, "Premium Bank" Mərkəzi Bankdan 5,25%-lə 2,5 mln manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi "maliyyə ehtiyaclarının qarışılanması" göstərilib. Yəni əslində kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən "təyinat" amorfdur. Kredit müddəti ərzində də Nağıyev yalnız faizləri ödəməli imiş, əsas borcu isə sonda. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, "Premium Bank" isə 4,7%-ə endirərək müddəti uzadıblar.
Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, "Premium Bank"ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: "Premium Bank" və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur.
İndi isə qayıdaq bu kreditin niyə qanunsuz olması məsələsinə. Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi "Banklarda kreditlərin verilməsi Qaydaları" qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən "Premium Bank" kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Niyə? Çünki qorxur. Qanunsuz, qeyri-sağlam kredit verdiyini bilir. Kreditin məqsədi yoxdur, borcalanın gəliri haqda sənəd yoxdur, monitorinq aparılmayıb və s. və i.a.
Bəlkə kimsə deyəcək ki, nə olsun, gəliri yoxdur, amma o boyda girovu var (başqasına mənsub olaraq qanunsuz girov qoyulsa da). Xeyr, bu arqument yanlışdır! Qaydaların 4.1.7-ci bəndində deyilir: "Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır."

Beləliklə, Mərkəzi Bank və "Premium Bank" qanunsuz, qeyri-sağlam kredit veriblər. Əmlakın da başqa şəxsə mənsub olduğunu biliblər. Buna görə də Mərkəzi Bankın indiki rəhbərliyi belə krediti problem saymaya bilməz. Əks halda, Elman Rüstəmovdan miras qalan bank sistemimizdə "Muğan Bank" kimi fəlakətli müflisləşmələr hələ çox olacaq. Belə banklara qarşı tədbir görülməlidir!"

Qeyd edək ki, həmin üzrə işə 13 fevral saat 12.00-da Yasamal rayon məhkəməsində proses keçiriləcək. Hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə bu kredit üzrə işə baxılacaq.

Ə.Həsənov qeyd edib ki, əslində, Elman Rüstəmovun bu cür biznes şəriklikləri və verdiyi qanunsuz kreditlər çoxdur: "Onlar haqda tədricən yazacam. Dilənçi kimi ondan kredit istəyənə özünü şərik kimi sırıyırdı. Nəticədə çoxsaylı zərərçəkənlər var. Onlara müraciət edirəm. Çəkinməyin! Birləşin! Rüstəmovun iç üzünü açın! Haqqınızı tələb edin! Bununla həm özünüzə, həm cəmiyyətimizə, həm də Mərkəzi Bankın indiki rəhbərliyinə kömək etmiş olacaqsınız!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1163   Tarix: 01 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021