Erkən yaşda hamiləlik hansı fəsadlara səbəb olur? - AÇIQLAMA
Cəmiyyətimizin ən vacib problemlərindən biri də erkən nikahlardır. Son günlər ictimaiyyətdə marağa səbəb olan bu hallar artıq gündəmə çevrilib. Aparıcı mütəxəssislər artıq artan erkən nikahlar ilə bağlı xəbərdarlıq edirlər. Cəmiyyətdə bəzən erkən nikahlar nailiyyət olaraq başa düşülür. Erkən nikahlar digər tərəfdən ciddi sağlamlıq problemi yaradır. BU baxımdan erkən hamiləlik ana və yeni doğulacaq körpə üçün risk faktorları yaradır. Bəs erkən yaşda hamiləlik orqanizmdə hansı fəsadlar yaradır?
Məsələ ilə bağlı ginekoloq Rəşad Sultan Sonxeber.az-a açıqlama verib:
"20 yaş altı olan hamiləlikləri biz erkən yaşda hamiləlik olaraq qeyd edirik. Daha doğrusu riskli hamiləlik olaraq adlandırırıq. Bu nə deməkdir? Hamiləlik təbii haldır. 80-90 faiz hallarda ağırlaşma olmadan doğuşla nəticələnir. Sağlam ana və övladı həyatına davam edir. 10-20 faiz hamiləliklərdə hamiləliyə xas yaxud başqa səbəblərdən problemlər meydana çıxır. Ona görə də riskli hamiləlik anlayışı var. Riski yaradan amillərdən biridə yaşdır. İrəli yaşda 35 yaş üstü hamiləliklər ana və uşaq üçün risk təşkil etdiyi kimi, 20 yaş altı hamiləliklərdə risk təşkil edir. Bütün hamiləlik patologiyaların nəticəsi erkən doğuşa gətirib çıxarır. Bu yaş altı hamiləliklərdə erkən doğuş riski üç dəfə artır. Erkən doğuş nə deməkdir? Vaxtından qabaq doğulmuş körpələrin ölüm və şikəstlik riski yüksəkdir".
Rəşad Sultan bildirib ki, bütün dünyada, cəmiyyətlərin, dövlətlərin səhiyyə təşkilinin göstəricisi kimi ana və yeni doğulmuş körpənin ölümü götürülürsə, bu məsələnin nə dərəcə də önəmli olduğunu təsəvvür edə bilərik:
"Uşaq ölümünün də bir nömrəli səbəbi vaxtından qabaq doğuşdur. Erkən nikahlara, erkən hamiləliklərə səbəbiyyət verməklə, eyni zamanda vaxtından qabaq doğuşlara səbəb oluruq. Vaxtından əvvəl doğuşlara səbəb olmaqla yeni doğulmuş ölüm göstəricisini artırmış oluruq. Beləliklə biz özümüz göstəririk ki, bizim səhiyyəmizin vəziyyəti pisdir. Ona görə də erkən nikahların və erkən hamiləliklərin qarşısını almaqla ölüm və şikəstlik göstəricilərinin sayını azaltmış olarıq. Bununla yanaşı, səhiyyə göstəricilərimizi artırmış olarıq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1058 Tarix: 01 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021