Ermənistan Araz çayına göz dikdi
Ermənistan hər il beş ay ərzində Araz çayından su götürəcək.
Ermənistan mediasının məlumatına görə, bu barədə hökumətin fevralın 1-də keçirilən iclasında bildirilib.
Məlumata görə, hökumət Axuryan hövzəsində qrunt sularının səviyyəsinin azalmasının nəticələrini yumşaltmaq barədə qərar qəbul edib. Buna nail olmaq üçün Araz çayından Metsamor atom elektrik stansiyasına (AES) suyun vurulması təklif olunub.
Qərarın əsaslandırılmasında göstərilib ki, suyun səviyyəsinin aşağı olması və iqlim dəyişikliyinin yeraltı su ehtiyatlarına təsiri nəticəsində su ehtiyatının balanslaşdırılmış ekoloji vəziyyətinin pozulması, həmçinin mövcud artezian horizontlarının və çayda suyun azalması müşahidə olunur. Bu isə regionda su ehtiyatlarının tükənməsinə səbəb ola bilər.
Araz çayından hər il noyabrın 1-dən növbəti ilin martın 31-dək suyun Metsamor AES üçün götürülməsi təklif olunub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1249 Tarix: 01 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr