İctimai yerlərdə xuliqanlıq törədən şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA

İctimai yerlərdə xuliqanlıq törədən şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMAAzərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib. Bəs Azərbaycanda ictimai yerlərdə xuliqanlıq edən və vətəndaşlara zor tətbiq edən şəxsləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlama verib. Bildirib ki, Azərbaycanda Bakı şəhərində idmançılar tərəfindən ictimai qaydalar kobud şəkildə pozulub:
İctimai yerlərdə xuliqanlıq törədən şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA"Azərbaycan hüquqi dövlətdir. Burada kimsə qanundan, digər insandan üstün ola bilməz. Eyni zamanda yayılan məlumatların doğru olması üçün mümkün qədər araşdırmanı gözləmək lazımdır. Azərbaycanda bir sıra idmançılar tərəfindən ictimai qaydanın kobud şəkildə pozulması və vətəndaşa qarşı xuliqanlıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar gedib. Məsələ ilə bağlı dərhal cinayət işi başlanılıb və araşdırmalar aparılır. Şəxslər barəsində qətimkan tədbiri seçilib. Bir neçəsi barəsində həbs qətimkan tədbiri və bəziləri barəsində isə alternativ qətimkan tədbirləri seçilib. İstənilən şəxsin qanuna zidd əməli mütləq şəkildə məsuliyyət yaratmalıdır. Burada xuliqanlıq hərəkətindən söhbət gedir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə, xuliqanlıq ayrıca bir cinayət maddəsi, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər fəslinə aiddir".

Xəyal Bəşirovun deyib ki, ictimai təhlükəsizlik əleyhinə cinayətlərdən biri də xuliqanlıqdır və 221-ci maddə ilə məsuliyyət yaradır:

"Yəni ictimai qaydanı kobud şəkildə pozan, açıq şəkildə hörmətsizlik ifadə edən, başqa şəxslərin sağlamlığı və əmlakı üzərində zor tətbiq edən və bu hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə ağırlaşdırıcı məqam kimi nəzərdə tutulur. 1 ilə qədər müddətədək islah işləri və 3 ilədək müddətə ictimai işlər, eyni zamanda 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onu da bildirim ki, araşdırma nəticəsində müəyyən oluna bilər ki, bu xuliqanlıq hərəkətləri nəticəsində, xuliqanlıq hərəkətləri etdikləri vətəndaşın sağlamlığına da zərər vura bilərlər. Buda ayrıca maddə ilə tənzimlənir və insan və sağlamlıq əleyhinə olan cinayətlər bölməsinə aiddir. Orada bir neçə cinayət ehtimalı ola bilər. Şəxsin sağlamlığına yüngül zərər vurma, az ağır zərər vurma yaxud ağır zərər vurma cinayətləri törədilə bilər. Bu cinayətlər nəticəsində törədilən hərəkətlər ayrıca məsuliyyət yaradır. Yüngül sağlamlığa zərər vurmağa görə 1 ilədək müddətə cəza nəzərdə tutulur. Az ağır 2 il müddətə və ağır zərər vurmağa gorəb isə 3-8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Yəni ictimai qaydanı kobud şəkildə pozan, açıq şəkildə hörmətsizlik ifadə edən, başqa şəxslərin sağlamlığı və əmlakı üzərində zor tətbiq edən və bu hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə ağırlaşdırıcı məqam kimi nəzərdə tutulur. 1 ilə qədər müddətədək islah işləri və 3 ilədək müddətə ictimai işlər, eyni zamanda 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onu da bildirim ki, araşdırma nəticəsində müəyyən oluna bilər ki, bu xuliqanlıq hərəkətləri nəticəsində, xuliqanlıq hərəkətləri etdikləri vətəndaşın sağlamlığına da zərər vura bilərlər. Buda ayrıca maddə ilə tənzimlənir və insan və sağlamlıq əleyhinə olan cinayətlər bölməsinə aiddir. Orada bir neçə cinayət ehtimalı ola bilər. Şəxsin sağlamlığına yüngül zərər vurma, az ağır zərər vurma yaxud ağır zərər vurma cinayətləri törədilə bilər. Bu cinayətlər nəticəsində törədilən hərəkətlər ayrıca məsuliyyət yaradır. Yüngül sağlamlığa zərər vurmağa görə 1 ilədək müddətə cəza nəzərdə tutulur. Az ağır 2 il müddətə və ağır zərər vurmağa gorəb isə 3-8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".

Xəyal Bəşirovun sözlərinə görə, məsələ ilə bağlı bir sıra məqamlara fokuslanmaq lazımdır:

"Hüquqi dövlətdə kimliyindən asılı olmayaraq, cəmiyyətdəki statusundan asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir. Atdığı addımlara görə və uğurlarına görə, dövlətimizə verdiyi töhfələrə görə mükafatlandırma ilə paralel olaraq, atdığı qanunsuz addımlarına görə də şəxslər mütləq şəkildə ədalətli münasibət görməlidirlər ki, cəmiyyətdə bərabərlik pozulmasın. Bu amillərin nəzərə almaq lazımdır. Eyni zamanda onu da gözləmək lazımdır ki, ədalətli araşdırma aparılsın və şəxslərin bu əməllərinə Azərbaycan Respublikasının ədalət mühakiməsi tərəfindən layiqli münasibət sərgilənsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1628   Tarix: 02 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr