"Dövlət ehtiyatları haqqında" Qanunun tətbiqinə başlanacaq

"Dövlət ehtiyatları haqqında" Qanunun tətbiqinə başlanacaqPrezident İlham Əliyev "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla müəyyən edilir ki:

- "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.15-ci maddələrində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 1.1.2-ci maddəsində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

- həmin Qanunun 1.1.15-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

- "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci və 5.4-cü maddələrinə uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını;

- həmin Qanunun 5.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını;

- həmin Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını;

- həmin Qanunun 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrinə, 12.1-ci maddəsinin ikinci cümləsinə və 12.5-ci maddəsinə uyğun olaraq, dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını.

Həmçinin, Nazirlər Kabinetinə həmin Qanundan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

"Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış ola bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1055   Tarix: 02 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr