Məntəqə sədri: "Laçında hamı seçki gününü səbirsizliklə gözləyir"
Laçında hər kəs 7 fevral gününü səbirsizliklə gözləyir.
Bunu "Report"un Laçına ezam olunan əməkdaşına açıqlamasında 121 saylı Laçın seçki dairəsinin işğaldan azad edilən Laçın şəhərində yeni yaradılan 106 saylı seçki məntəqəsinin sədri Qardaşxan Dostuyev deyib.
Onun sözlərinə görə, məntəqədə 1 485 seçici qeydiyyatdadır: "Məntəqəmizin ən yaşlı seçicisi Osman Həsənovun 73 yaşı var".
Q.Dostuyev vurğulayıb ki, Laçında hamı fevralın səsvermə gününü səbirsizliklə gözləyir: "İnsanların öz aralarında apardıqları müzakirələr də seçkiyə böyük marağın olduğunu göstərir. Hər kəsi tarixi seçkilərdə fəal olmağa və öz səsvermə hüququndan istifadə etməyə çağırıram".
Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?