Məzahir Pənahov: "Jurnalistlər məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər"
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistləri məntəqələrdə qarşılaşdıqları hər hansı problemi işıqlandırmaqdan çəkinməməyə çağırıb.
Sonxeber.az-ın xəbərinə görə, Məzahir Pənahov seçkilərin başlaması ilə əlaqədar MSK-da keçirdiyi brifinqdə qeyd edib ki, seçki prosesi milyonlarla insanı əhatə etdiyi üçün müəyyən xırda çatışmazlıqlar ola bilər.
"Buradan media subyektlərinə, jurnalistlərə səslənirəm ki, məntəqələrdə qarşılaşdığınız hər hansı problemi işıqlandırmaqdan çəkinməsinlər. Əksinə biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar", - MSK sədri vurğulayıb.
O vurğulayıb ki, heç kim seçicinin iradəsinə təsir göstərə bilməz.
"Bütün bu proseslərin mərkəzində Azərbaycan seçicisi dayanır. Bizim qurumun da işi seçicinin konstitusiyon hüququnu təmin etməkdir. Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə bilməz. Həmçinin seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz. Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar".
M.Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələblərini pozan istənilən addım qarşısında ciddi addımlar atılacaq:
"Biz heç vaxt komissiya olaraq qadağalar üzərində danışmırıq. Həmişə çoxluğun fikrinin ortaya qoyulması üçün çalışırıq. Lakin bu çoxluğun ortaya qoyulması da qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 482 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021