65 yaşdan sonra pensiyadan çıxılmaların olması iddiasına aydınlıq gətirildi
"Şəxsə 40 yaşından etibarən əlilliyə görə pensiya təyin edilibsə və 65 yaşına çatdıqda yaşa görə pensiya hüququ da yaranırsa, faktiki aldığı "əlilliyə görə pensiya" məbləği ilə hüququ yaranan "yaşa görə pensiya" məbləği müqayisələndirilir. Nəticədə, ən yüksək məbləğdə olan pensiya növü, yəni ikisindən biri təyin edilir və ya davam etdirilir. Əlilliyi davam edən şəxsə sonradan yaşa görə müavinət təyin edilmə ehtimalı yoxdur. Çünki şəxs eyni zamanda iki müavinət və ya pensiya növü ala bilməz. Sosial şəbəkələrdə 65 yaşdan sonra pensiyalarda çıxılmaların olması ilə bağlı yayılan məlumatların əsası yoxdur".
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Turan Abdullazadə deyib.
Dayanacaqlara reklam yapışdıranlara XƏBƏRDARLIQ: 5000 manatdan 10000 manatadək... Pravda.az
Vəkil bildirib ki, əvvəllər işləməyən vətəndaşlara 65 yaşından sonra adətən xəstəliyə görə yox, yaşa görə müavinət təyin olunur: ""Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Yaşa görə müavinət ömürlük təyin edilir və şəxs əmək fəaliyyətinə başladığı təqdirdə dayandırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 63 yaş 6 aydır. Qeyd edək ki, 2027-ci il iyul ayının 1-dək qadınların pensiya yaş həddi hər il 6 ay artırılacaq. Eyni zamanda beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə sosial müavinət yuxarıda qeyd edilən yaş həddi 5 il azaldılmaqla təyin edilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3649 Tarix: 07 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrDövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabr