ABŞ-ın siyahısı nə qədər realdır: Yeni Qarabağ savaşı başlaya bilərmi? (ŞƏRH)
"2024-cü ildə müharibə riskini tam istisna etməsəm də, o qədər də real hesab etmirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-nin Xarici Əlaqələr Şurasının Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilər sırasına daxil etməsini şərh edərkən deyib: "2024-cü il təkcə Cənubi Qafqazda deyil, dünyanın bir çox məntəqələrində, Yaxın Şərqdə, MDB məkanında kataklizmlərlə dolu ziddiyyətli il olacaq. 2024-cü ilin başlanğıcından Rusiya-Ukrayna, Moskva ilə Qərb qarşıdurması, istərsə də Yaxın Şərqdə İsrail və HƏMAS qarşıdurması fonunda Qırmızı dəniz hövzəsində, İraq və Suriyada ABŞ ilə İranın proksi qüvvələri arasında müharibə ritorikasının artması, istər-istəməz digər regionlarda, o cümlədən Cənubi Qafqazda da müharibə ehtimalının artacağına dəlalət edir. Amma hesab etmirəm ki, ABŞXaric Əlaqələr Şurasının bu açıqlaması özünü yüzdə-yüz doğruldacaq".
Ekspert hesab edir ki, belə proqnozlarla yanaşı, ABŞ-ın beyin mərkəzləri 2024-cü ildə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması ehtimalını da irəli sürüblər:
Ətraflı
"Ermənistanda yeni Konstitusiyanın qəbulu məsələsinin gündəmə gətirilməsi, onun öz gerb və himnini dəyişməklə bağlı rəsmi təşəbbüslər sülh müqaviləsinin bağlanması yolunda yeni ümidlər yaradıb. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında 2024-cü ildə müharibə riski ehtimalı elə də yüksək deyil".
Belə fikirlərin ortaya atılması həmsöhbətimizə görə, əslində daha çox ABŞ, Fransa və digər Qərb ölkələrindəki erməni diasporunun Azərbaycana qarşı qara piar kampaniyası və psixoloji savaşın tərkib hissəsidir:
"Müharibə ssenarisində hücumun Azərbaycan tərəfindən ehtimal olacağı göstərilir. Bu isə real görünmür. Çünki hazırkı mərhələdə Azərbaycan əsas diqqəti işğaldan azad olunmuş ərazilərin bərpası, insanların doğma yurdlarına qayıtmasına və Ermənistanla sülh müqaviləsinin imzalanmasına yönəldib. Bu il sülh müqaviləsinin imzalanması istiqmaətində irəliləyişlər daha realdır, nəinki müharibə ehtimalı. Lokal insidentlər istisna olmaqla, hazırkı reallıqda iri miqyaslı hərbi toqquşmalar real görünmür".
Qeyd edək ki, ABŞ-nin Xarici Əlaqələr Şurası Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox "Azərbaycanın Ermənistana hücumu" kontekstində təqdim edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi